28 Dekabr 2017 07:12
272
Səhiyyə
A- A+

Səhiyyə Nazirliyində ilin yekununa həsr edilən kollegiya iclası keçirilib

Səhiyyə Nazirliyində keçirilən geniş tərkibli kollegiya iclasında 2017-ci il ərzində görülmüş işlər barədə məruzələr dinlənilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, səhiyyə naziri Oqtay Şirəliyevin sədrliyi ilə keçirilən iclasda il ərzində səhiyyənin ən müxtəlif sahələrində həyata keçirilən tədbir, yenilik və uğurlar barədə ətraflı müzakirələr aparılıb.

Kollegiya iclasında tibbi yardımın təşkili şöbəsinin müdiri Gülmirzə Poladov ölkəmizdə aparılan çoxsaylı səhiyyə müəssisələrinin tikintisi, əsaslı təmiri və müasir avadanlıqlarla təchiz edilməsi, eləcə də səhiyyənin ayrı-ayrı sahələrində əldə edilən uğurlar, əhalinin sağlamlığının yaxşılaşdırılması sahəsində görülən tədbirlər barədə məruzəsi dinlənilib.

Kollegiya iclasında Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru Həqiqət Qədirova, Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mirələm Cəlalov çıxış ediblər.

Səhiyyə naziri Oqtay Şirəliyev ilin yekunları barədə danışıb, səhiyyənin ən prioritet istiqamətlərinə dair təsdiqlənmiş Dövlət Proqramlarının

tətbiqi, həmin Proqramların ölkə əhalisinin sağlamlıq vəziyyətinin yaxşılaşdırılmasında oynadığı rolun əhəmiyyətini vurğulayıb.

Kollegiya iclasının yekununda səhiyyə və tibb elmi sahəsində xüsusi xidmətlərinə görə fərqlənmiş bir sıra tibb işçisinə “Səhiyyə əlaçısı” döş nişanı və Fəxri diplomlar təqdim edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video