28 Dekabr 2017 07:12
302
Elm və texnika
A- A+

Hərbçilər üçün döyüş smartfonları hazırlanıb

İsrail Dövlət Logistika və Texnologiyalar İdarəsi hərbçilər üçün yeni döyüş smartfonları hazırlayıb. “Shaked Fighting” adlı yeni qurğu döyüş zamanı əsgərlərin hərəkət trayektoriyasının yaxşılaşdırılması məqsədinə xidmət edir.

AZƏRTAC vistanews.ru saytına istinadla xəbər verir ki, qurğu Android əməliyyat sisteminin idarəsi altında işləyir. Həmin qurğu döyüş əməliyyatında iştirak edən hərbçilərə veriləcək, bölmə komandirləri isə əlavə zərbəyədavamlı telefon və rabitə avadanlıqları, həmçinin portativ enerjidoldurma qurğusu olan çantalarla təchiz ediləcəklər.

“Shaked Fighting” bir sıra xüsusi proqramlara malikdir, yüngüldür və ondan istifadə etmək olduqca sadədir. Əsgərlər yeni smartfon vasitəsilə kompas, xəritə, kamera və döyüş sistemi radiusunda məlumatları mübadilə edə biləcəklər.

Həmçinin “Shaked Fighting” hədəfi, onun yad və ya tanış olduğunu müəyyən edə bilir. Qurğu sınaqdan keçirilib və müsbət rəy alıb. Yeni döyüş smartfonlarının kütləvi istehsalına 2019-cu ildə başlanılacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video