28 Dekabr 2017 03:12
566
Elm və texnika
A- A+

“Literaturnaya qazeta”nın “Azərbaycan – Turanın incisi” əlavəsi çapdan çıxıb

Moskvada çıxan “Literaturnaya qazeta”nın Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə birgə layihəsi olan AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin ideyası ilə reallaşdırılan “Azərbaycan – Turanın incisi” əlavəsinin altıncı sayı nəşr olunub.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, “Literaturnaya qazeta”nın 50-ci sayında A3 formatda 8 qəzet səhifəsi həcmində çap olunmuş əlavə akademik İsa Həbibbəylinin və yazıçı-ədəbiyyatşünas Abuzər Bağırovun “Dəyişikliklər dövrlərinin ədəbiyyatı” adlı giriş məqaləsi ilə təqdim olunub. Məqalədə XII əsrdən meydana çıxmağa başlamış realist istiqamətli ədəbiyyata elmi baxış və bu ədəbiyyatın yaradıcıları haqqında müfəssəl məlumat verilir.

Məqalədə Azərbaycan ədəbiyyatının təşəkkül tarixi, xüsusilə də realist ədəbiyyatımızın erkən realizm, maarifçi realizm, tənqidi realizm mərhələləri lakonik şəkildə elmi cəhətdən izah olunur, bu istiqamətlərin əsas yaradıcı simaları barədə biblioqrafik məlumatla yanaşı, onların yaradıcılıq xüsusiyyətlərinə də geniş yer verilir. Həmçinin Azərbaycan ədəbiyyatının bədii nümunələr verilən dövrlərinin (XVIII əsrin əvvəlləri – XX əsrin əvvəlləri) bütün özünəməxsus xüsusiyyətləri haqqında oxucu dolğun təsəvvür əldə edə bilir.

“Azərbaycan realist poeziyası” rubrikası altında təqdim olunan əlavədə ədəbiyyatımızın görkəmli nümayəndələri Molla Vəli Vidadi, Molla Pənah Vaqif, Qasım bəy Zakir, Mirzə Şəfi Vazeh, Mirzə Fətəli Axundzadə, Xurşidbanu Natəvan, Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir və Məmmədhüseyn Şəhriyarın poetik yaradıcılıqlarından seçmə nümunələr onların həyatlarının əsas məqamlarını əks etdirən informasiyalarla birgə oxuculara təqdim olunub. Həmçinin görkəmli romantik şairlər Hüseyn Cavid və Seyid Əbülqasım Nəbatinin əsas tərcümeyi-hal göstəriciləri və şeir örnəkləri də “Əlavə”də özünə yer alıb.

Azərbaycan realist ədəbiyyatının qəzəl, qoşma, müsəddəs, müxəmməs, məsnəvi, satira, təmsil və s. janrlarında olan poeziya nümunələri Konstantin Simonov, Pavel Antokolski, Siyavuş Məmmədzadə, Tatyana Streşneva, Vladimir Luqovskoy, Abram Plavnik və başqaları kimi tanınmış şairlərin rus dilinə tərcümələrində təqdim edilib.

Qeyd edək ki, indiyə qədər “Literaturnaya qazeta”nın səhifələrində yer almış “Azərbaycan – Turanın incisi” əlavələrində Azərbaycan ədəbiyyatı bütün mərhələlər üzrə ardıcıllıqla xarakterizə edilib, qədim dövrlərdən XVIII əsrə qədər milli ədəbiyyatımızın keçdiyi yol haqqında elmi-nəzəri məqalələrə, görkəmli şair və yazıçıların əsərlərindən nümunələrə yer verilib.

Birgə layihə üzrə Azərbaycan ədəbiyyatının XX əsr sovet dövrünü və XXI əsr müstəqillik mərhələsini əhatə edəcək əlavələrin hazırlanması da nəzərdə tutulur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video