Alternative content

09:58 20 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Azərbaycan Respublikasının Prezidenti yanında Apelyasiya Şurasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli 761 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə
“Azərbaycan Respublikasının Prezidenti yanında Apelyasiya Şurasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli 761 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə
ANA SƏHİFƏ / Fərmanlar
12:12 28.12.2017

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 31 may tarixli 693-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:

1. “Azərbaycan Respublikasının Prezidenti yanında Apelyasiya Şurasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli 761 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (II kitab), maddə 225) preambulasında “şikayətlərin” sözündən sonra  “, habelə dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibənin nəticələrindən şikayətlərin” sözləri əlavə edilsin.

2. Həmin fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Apelyasiya Şurası haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

2.1. 1.1-ci bəndə “şikayətlərin” sözündən sonra “, habelə dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibənin nəticələrindən namizədlərin verdikləri şikayətlərin” sözləri əlavə edilsin;

2.2. 1.3-cü bəndə “şəxslərin” sözündən sonra “, habelə dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibənin nəticələrindən namizədlərin” sözləri əlavə edilsin;

2.3. aşağıdakı məzmunda 2.0.1-1-ci yarımbənd əlavə edilsin:

“2.0.1-1. Azərbaycan Respublikasının Hesablama Palatasında, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) Aparatında, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Aparatında, Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının Katibliyində, Milli Televiziya və Radio Şurasının Aparatında dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibənin nəticələrindən verilən şikayətlərə baxmaq;”;

2.4. 3.0.2-ci, 3.0.3-cü, 4.6.2-ci yarımbəndlərdə və 6.4-cü bənddə “mərkəzi və yerli icra hakimiyyəti” sözləri “dövlət” sözü ilə əvəz edilsin;

2.5. 3.0.4-cü yarımbənddə “mərkəzi və yerli icra hakimiyyəti” sözləri “aidiyyəti dövlət” sözləri ilə əvəz edilsin;

2.6. aşağıdakı məzmunda 5.1-1-ci bənd əlavə edilsin:

“5.1-1. Bu əsasnamənin 5.1.1-5.1.3-cü yarımbəndləri ilə müəyyən edilmiş tələblər dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibənin nəticələrindən verilən şikayətlərə şamil edilmir.”;

2.7. 5.5-ci bənddə “Aidiyyəti” sözü “Dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibənin nəticələrindən verilən şikayətlər istisna olmaqla, aidiyyəti” sözləri ilə əvəz edilsin.

2.8. 6.10-cu bənddə “bütün mərkəzi və yerli icra hakimiyyəti” sözləri “aidiyyəti dövlət” sözləri ilə əvəz edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 27 dekabr 2017-ci il