Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

19:23 18 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Elektron təhsil” respublika müsabiqəsinin qalibləri mükafatlandırılıblar
“Elektron təhsil” respublika müsabiqəsinin qalibləri mükafatlandırılıblar
ANA SƏHİFƏ / Təhsil
01:12 27.12.2017

 

Dekabrın 26-da Təhsil Nazirliyində “Elektron təhsil” respublika müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə təhsil naziri vəzifəsini icra edən Ceyhun Bayramov müsabiqənin əhəmiyyətindən danışıb. Bildirilib ki, 2010-cu ildən etibarən keçirilən “Elektron təhsil” respublika müsabiqəsində iştirak edənlərin sayı ildən-ilə artır. Son illər təhsildə İKT-nin tətbiqinin dünya standartları səviyyəsinə çatdırılmasının ölkəmizdə prioritet istiqamətlərdən biri olduğunu qeyd edən C.Bayramov bu sahədə müxtəlif layihə və tədbirlərin həyata keçirildiyini söyləyib.

C.Bayramov Azərbaycan Təhsil Şəbəkəsinə qoşulmuş təhsil müəssisələrinin sayının artması, elektron tədris resurslarının mütəmadi zənginləşdirilməsi və informatika fənni üzrə yeni layihəyə başlanılması barədə geniş məlumat verib.

Bildirilib ki, müsabiqənin təşkilinin əsas məqsədi elektron tədris resurslarının, internet texnologiyalarının tədris prosesinə tətbiqini fəallaşdırmaq, tədris məqsədləri üçün internetdən istifadənin yeni üsullarını öyrənmək, tədris prosesində informasiya texnologiyalarından səmərəli istifadə edən müəllimləri həvəsləndirməkdir.

Müsabiqədə əsasən ümumi təhsil müəssisələrinin pedaqoji heyəti, pedaqoji kadrların ixtisasartırma və yenidənhazırlanması ilə məşğul olan qurumların metodist mütəxəssisləri, şagirdlər iştirak ediblər.

Üç istiqamət və altı nominasiya üzrə keçirilən müsabiqənin şəffaflığını təmin etmək məqsədilə qiymətləndirmə mərhələləri onlayn təşkil edilib.

Müsabiqənin birinci mərhələsinə təqdim edilən 703 işdən 644-ü ikinci mərhələyə - ekspertlər tərəfindən qiymətləndirilməyə təqdim olunub və nəticədə 197 iş nominant kimi üçüncü mərhələyə keçib. Üçüncü mərhələyə keçən işlər münsiflər tərəfindən onlayn qiymətləndirilib, 26 qalib və 35 fərqlənən müəyyənləşdirilib.

Qaliblərə diplomlar, hədiyyələr və digər xüsusi mükafatlar təqdim olunub.

Qeyd edək ki, müsabiqə  “AzEduNet”, “Ultra”, “Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzi, “Edumedia Azərbaycan” və “Nar” mobil operatoru tərəfindən dəstəklənir.

 


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM