26 Dekabr 2017 04:12
326
Təhsil
A- A+

Leyla Əliyevanın təşəbbüsü ilə Moskva ali məktəblərinin tələbələri arasında intellektual oyun keçirilib

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Moskva Ali Məktəblərinin tələbələri arasında intellektual oyun keçirilib. Rusiyanın Azərbaycanlı Gənclər Birliyi (RAGB) tərəfindən Rusiya İntellektual Oyunlar Assosiasiyasının dəstəyi ilə təşkil olunmuş və Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr edilmiş tədbirdə Rusiya ali məktəblərinin tələbələrindən ibarət 16 komanda iştirak edib.

AZƏRTAC xəbər verir ki, RAGB İdarə heyətinin üzvü Emin Hacıyev Heydər Əliyev Fondunun vitse-prezidenti, RAGB-nin sədri Leyla Əliyevanın tədbir iştirakçılarına təbrikini və ən xoş arzularını çatdırıb. E.Hacıyev deyib: “Bu cür turnirlər bizim gənclər arasında çox populyardır. Bu, həmin gənclərin intellektual baxımdan inkişafına və komanda şəklində işləmək bacarığına dəlalət edir. Gələcəkdə biz RAGB-nin sədri Leyla Əliyevanın dəstəyi ilə çoxlu belə turnirlər keçirməyi planlaşdırırıq. Sevindirici haldır ki, bu gün müxtəlif beynəlxalq intellektual turnirlərdə bizim təşkilatı təmsil etmək üçün layiqli komandalarımız var”.

Oyunda Moskva Dövlət Linqvistika Universitetinin (MDLU) Azərbaycan klubunun komandası qalib gəlib.

Turnirin üç ən yaxşı oyunçusu adına M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Azərbaycan klubu komandasının iştirakçısı Viktoriya Kalyadina, MDLU-nun Azərbaycan klubu komandasının oyunçusu Aleksandra Şemelinina və G.V.Plexanov adına Rusiya İqtisad Universitetinin komandasının nümayəndəsi Leyla Carçıyeva layiq görülüb.

“Qələbə əzminə görə” nominasiyasında İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin “Dr. Brain” komandası qalib gəlib. “Avisenna” komandasının lideri Bəyaz Gözəlzadə ən yaxşı kapitan hesab edilib.

Qaliblərə sertifikatlar və xatirə suvenirləri təqdim olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video