Alternative content

05:55 26 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İmtahanlarda qayda pozuntularına yol verən 205 nəzarətçi müəllim bazadan çıxarılıb
İmtahanlarda qayda pozuntularına yol verən 205 nəzarətçi müəllim bazadan çıxarılıb
ANA SƏHİFƏ / Təhsil
05:12 25.12.2017

Dövlət İmtahan Mərkəzinin (DİM) bu il keçirdiyi imtahanlarda iştirak etmiş 205 nəzarətçi-müəllim müxtəlif qayda pozuntularına, köçürmə hallarına yol verdikləri üçün bazadan xaric olunub.

AZƏRTAC xəbər verir ki, bunu DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə dekabrın 25-də mərkəzin yeni veb-saytının təqdimatında deyib.

Qeyd olunub ki, nümunəvi fəaliyyətinə görə min nəzarətçi müəllimə təşəkkür elan edilib. Bundan əlavə, 15 nəzarətçi-müəllimin və beş imtahan rəhbərinin fəxri fərmanla təltif edilməsi barədə qərar qəbul olunub.

M.Abbaszadə bildirib ki, nəzarətçi-müəllimlərin fəaliyyətləri hər il qəbul kampaniyasının sonunda ənənəvi olaraq təhlil edilir.