Alternative content

01:18 21 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin 25 illiyi (1993-2018)” Azərbaycan Respublikasının yubiley medalının təsviri
“Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin 25 illiyi (1993-2018)” Azərbaycan Respublikasının yubiley medalının təsviri
ANA SƏHİFƏ / Qanunlar
01:12 24.12.2017

 

Azərbaycan Respublikasının 2017-ci  il 15 dekabr tarixli Qanunu  ilə təsdiq edilmişdir

 

 

Maddə 1. Medalın ümumi təsviri

“Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin 25 illiyi (1993-2018)” Azərbaycan Respublikasının yubiley medalı (bundan sonra - medal) bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 35 mm olan milli ornamentli səkkizguşəli ulduzdan ibarətdir.

 

Maddə 2. Medalın ön tərəfi

Qızılı rəngli səkkizguşəli ulduzun ön tərəfində relyefli şüaların əhatəsində, medalın mərkəzində yerləşən qızılı dairənin orta hissəsində səkkizguşəli ulduzun fonunda Azərbaycan Respublikası Dövlət bayrağının rəngli təsviri verilir. Qövs boyunca yuxarı hissədə “XÜSUSİ DÖVLƏT MÜHAFİZƏ XİDMƏTİ” sözləri, aşağı hissədə “1993-2018” rəqəmləri həkk olunur. Bütün yazılar və təsvirlər qabarıqdır.

 

Maddə 3. Medalın arxa tərəfi

Medalın arxa tərəfinin səthi hamardır, orta hissəsində “Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin 25 illiyi (1993-2018)” sözləri, aşağı hissəsində medalın seriyası və nömrəsi həkk olunur.

 

Maddə 4. Medalın elementləri

4.1. Medal paltara bərkidilmək üçün elementi olan, 37 mm x 50 mm ölçülü düzbucaqlı mavi xara lentə ilgək və iki halqa vasitəsilə birləşdirilir. Xara lentin aşağı  və yuxarı hissələrinə 5 mm x 40 mm ölçülü düzbucaqlı qızılı təbəqə bərkidilir. Xara lentin sol və sağ kənarlarında 1 mm enində ağ rəngli şaquli zolaqlar təsvir olunur.

4.2. Medala paltarın yaxasına bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 37 mm x 10 mm ölçülü qəlib əlavə edilir.