Alternative content

08:11 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Alimlər kvant kompüterinə əsaslanan ilk süni intellekt hazırlayıblar
Alimlər kvant kompüterinə əsaslanan ilk süni intellekt hazırlayıblar
ANA SƏHİFƏ / Elm və texnika
01:12 23.12.2017

“Rigetti” şirkətinin tədqiqatçıları kvant kompüterləri üçün klasterizasiya (məlumatların süni intellektin köməyi ilə qruplara bölünməsi) alqoritminin işə salınması metodunu hazırlayıblar. “IBM” və “Google” kimi bir sıra şirkətlər artıq kvant sistemlərinin hazırlanmasında süni intellekti tətbiq etməyə çalışır. Lakin bu, kvant maşın təliminin müvəffəqiyyətlə keçirildiyi ilk hadisədir.

Süni intellekt və kvant kompüterlərinin sintezi əsasında hazırlanmış robotların nələri bacaracaqlarını təsəvvür etmək belə qorxuludur. “Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri və bir sıra qabaqcıl layihələrin müəllifi İlon Mask şəxsi “Twitter” hesabında bəşəriyyətə xəbərdarlıq edib: “Bir neçə ildən sonra robotlar o qədər sürətlə hərəkət edəcək ki, onları görmək üçün sizə impulslu lampa lazım olacaq”.

AZƏRTAC hi-tech.mail.ru saytına istinadla xəbər verir ki, bu mərhələdə kvant kompüterləri öz imkanlarına görə artıq superkompüterlərə çox yaxınlaşıb. Hazırda alimlər kvant kompüterlərinin istehsal etdikləri böyük həcmli məlumatların emalı və təlimatların yaradılması üçün metodların hazırlanması ilə məşğul olurlar. Bunun üçün süni intellekt mükəmməl variantdır və ekspertlərin fikrincə, onun tətbiqi növbəti məntiqli addım olacaq.

Səciyyəvi artım kvant kompüterləri və süni intellektin daha bir ümumi xüsusiyyətidir. Kvant qurğuları üçün prosessorların gücü kubitlərlə ölçülür. Onların ən müasirləri təxminən 50 kubitdir. Bu güc kvant kompüterlərini superkompüterlərlə bərabərləşdirir. 60 kubit planetdəki bütün superkompüterlərin toplanmış gücünü ötəcək. Belə böyük həcmli məlumatları yalnız bu kimi metodlarla emal etmək mümkündür.