Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

23:40 18 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Görkəmli alim Aqil Əliyev Azərbaycan iqtisadiyyatının və təhsilinin inkişafına layiqli töhfələr verib
Görkəmli alim Aqil Əliyev Azərbaycan iqtisadiyyatının və təhsilinin inkişafına layiqli töhfələr verib
ANA SƏHİFƏ / Elm və texnika
05:12 22.12.2017

Dekabrın 22-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasında görkəmli iqtisadçı alim, Əməkdar Elm Xadimi, AMEA-nın müxbir üzvü, professor Aqil Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr edilən elmi-praktik konfrans keçirilib.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim İmanov iqtisadçı alim Aqil Əliyevi mahir pedaqoq, bacarıqlı təşkilatçı olmaqla yanaşı, həm də qayğıkeş insan kimi xarakterizə edib. Vurğulayıb ki, Aqil Əliyev səmərəli elmi-pedaqoji fəaliyyəti ilə Azərbaycan iqtisadiyyatının və təhsilinin inkişafına layiqli töhfələr verib.

Azərbaycan Dövlət İqtisad Universitetinin professoru, Aqil Əliyevin yetirməsi Natiq Qasımov görkəmli alimin həyat və elmi-pedaqoji fəaliyyəti ilə bağlı geniş məruzə ilə çıxış edib. Vurğulayıb ki, məhsuldar elmi tədqiqatlarla məşğul olan Aqil Əliyev uzun müddət Azərbaycan Tibb Universitetində siyasi iqtisadiyyatdan mühazirələr oxuyub, kafedra müdiri vəzifəsində çalışıb. Onun tədqiqatlarında səhiyyə ilə iqtisadi inkişaf arasında qarşılıqlı əlaqə məsələləri xüsusi yer tutub. Aqil Əliyevin yetişdirdiyi alimlər hazırda ölkə iqtisadiyyatının müxtəlif sahələrində, ali məktəblərdə, tədqiqat institutlarında uğurla fəaliyyət göstərirlər.

İqtisadçı alimin elmi-pedaqoji və ictimai fəaliyyətinin dövlətimiz tərəfindən yüksək qiymətləndirildiyini söyləyən N.Qasımov onun “Şöhrət” ordeni və bir sıra digər dövlət mükafatları ilə təltif olunduğunu xatırladıb.

Tədbirdə çıxış edən İqtisadiyyat İnstitutunun şöbə müdiri, professor Rəna Sultanova mərhum alimin gənc tədqiqatçılara daim dəstək olduğunu, onun bu sahədə elmi məktəb yaratdığını vurğulayıb. Bildirib ki, Aqil Əliyevin ölkəmizdə sosial sahənin iqtisadiyyatına həsr olunan əsərləri geniş mənada cəmiyyətin aktual məsələlərinin tədqiqinə xidmət edir.

İqtisadiyyat İnstitutunun şöbə müdiri, professor İsa Alıyev görkəmli alimlə bağlı xatirələrini bölüşüb.

Sonda Aqil Əliyevin ailə üzvləri adından çıxış edən Etibar Qasımov alimin 90 illiyinə həsr olunan tədbirin təşkilinə görə AMEA-nın rəhbərliyinə və İqtisadiyyat İnstitutunun kollektivinə təşəkkürünü bildirib.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM