Alternative content

23:55 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV AMEA-da “Həsən Əliyev-110: torpaqşünaslığın müasir problemləri” mövzusunda respublika elmi konfransı keçirilir
AMEA-da “Həsən Əliyev-110: torpaqşünaslığın müasir problemləri” mövzusunda respublika elmi konfransı keçirilir
ANA SƏHİFƏ / Elm və texnika
05:12 22.12.2017

Dekabrın 22-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) görkəmli alim, ictimai-siyasi dövlət xadimi, Dövlət mükafatı laureatı, akademik Həsən Əliyevin 110 illik yubileyinə həsr olunan “Həsən Əliyev-110: torpaqşünaslığın müasir problemləri” mövzusunda respublika elmi konfransı işinə başlayıb.

AZƏRTAC xəbər verir ki, AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov tədbirin Prezident İlham Əliyevin “Akademik Həsən Əliyevin 110 illik yubileyinin keçirilməsi haqqında” 2017-ci il 7 fevral tarixli Sərəncamına əsasən təşkil olunduğunu söyləyib. Böyük alimin elmi fəaliyyətindən söz açan Ə.Əmiraslanov bildirib ki, Azərbaycanda coğrafiya, kənd təsərrüfatı, aqrobiologiya, torpaqşünaslıq, ekologiya kimi elm sahələri görkəmli təbiətşünas alim, akademik Həsən Əliyevin rəhbərliyi ilə formalaşıb və inkişaf edib. Unudulmaz alim bütün zəngin fəaliyyəti boyunca ətraf mühitin mühafizəsi, ekoloji tarazlıq və ölkənin təbii sərvətlərindən səmərəli istifadə üzrə kompleks proqram və silsilə layihələri daim uğurla həyata keçirib. AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun yaranması və inkişafında, çoxsaylı milli elmi kadrların yetişməsində də akademik Həsən Əliyevin misilsiz xidmətləri olub. Məhz onun gərgin əməyinin və elmi fəaliyyətinin nəticəsində respublikamızda torpaqşünaslıq, təbiətin mühafizəsi sahəsində xeyli işlər görülüb. Apardığı tədqiqatların, elmi araşdırmaların müsbət nəticələri bu gün də ölkəmizdə kənd təsərrüfatının müxtəlif sahələrində hiss olunmaqdadır. Akademik Həsən Əliyev təbiətşünas və coğrafiyaçı, torpaqşünas və ekoloq kimi həm Azərbaycanda, həm də dünya miqyasında tanınıb.

Çıxış edənlər akademik Həsən Əliyevin ölkəmizdə coğrafiya və torpaqşünaslıq elmlərinin müxtəlif sahələrinin təşəkkül tapmasında, bir sıra yeni elmi istiqamətlərin bugünkü vəziyyətinin müəyyənləşməsində müstəsna xidmətlərindən söz açıblar.