Alternative content

23:18 20 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV ISESCO-nun baş direktoru Bakı Dövlət Universitetinin kollektivi ilə görüşüb
ISESCO-nun baş direktoru Bakı Dövlət Universitetinin kollektivi ilə görüşüb
ANA SƏHİFƏ / Təhsil
04:12 22.12.2017

Dekabrın 22-də ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycrinin rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetinin kollektivi ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, tədbirdə universitetin rektoru, akademik Abel Məhərrəmov ISESCO-nun baş direktorunun dünyanın tanınmış siyasətçilərindən biri olduğunu, onun təhsilin, elmin və mədəniyyətin inkişafına layiqli töhfələr verdiyini bildirib. Rektor bildirib ki, qurumun əsas məqsədi İslam ölkələri arasında həmrəyliyi möhkəmləndirmək, qarşılıqlı əlaqələri daha da yaxşılaşdırmaq, eləcə də İslam ölkələrinin əldə etdiyi uğurları, zəngin mədəniyyəti, elmi və incəsənəti dünyaya təqdim etməkdir.