Alternative content

23:01 23 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Prezident İlham Əliyev Rusiyanın Şimali Qafqaz respublikalarından olan bir qrup müsəlman din xadimindən ibarət nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Rusiyanın Şimali Qafqaz respublikalarından olan bir qrup müsəlman din xadimindən ibarət nümayəndə heyətini qəbul edib
ANA SƏHİFƏ / Qəbullar
11:12 22.12.2017

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 22-də Rusiya Federasiyasının Şimali Qafqaz respublikalarından olan bir qrup müsəlman din xadimindən ibarət nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev Bakıda keçirilən “2017– İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfransa toxunaraq bu tədbirin müxtəlif dinlərin və xalqların bir-birinə daha da yaxınlaşması, beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi işinə töhfə verdiyini dedi. Dövlətimizin başçısı Rusiya Federasiyasının Şimali Qafqaz respublikalarından dini rəhbərlərin böyük heyətlə bu konfransda iştirakından məmnunluğunu ifadə etdi, mütəmadi keçirilən bu cür görüşlərin Rusiya Federasiyası, o cümlədən Şimali Qafqaz respublikaları ilə Azərbaycan arasında dostluq münasibətlərinin daha da möhkəmləndirilməsi işinə xidmət etdiyini vurğuladı. Prezident İlham Əliyev qeyd etdi ki, “İslam Həmrəyliyi İli” elan olunmuş 2017-ci ilin başa çatmasına baxmayaraq, Azərbaycan dünya müsəlmanlarının həmrəyliyi, müsəlman ölkələri arasında əməkdaşlıq işinə bundan sonra da öz töhfəsini verəcək və bu baxımdan təsis olunacaq koordinasiya şurası gələcək birgə fəaliyyətin həyata keçirilməsi üçün yaxşı imkan yaradacaq.

Qonaqlar adından danışan Qaraçay-Çərkəz Respublikasının müftisi İsmail Berdiyev Prezident İlham Əliyevlə görüşlərindən həmişə olduğu kimi, böyük məmnunluq hissi keçirdiklərini dedi. O, “2017–İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfransın yüksək səviyyədə təşkil olunması işinə verdiyi dəstəyə görə Azərbaycan Prezidentinə dərin təşəkkürünü bildirdi, tədbirin xalqlar arasında dostluğun möhkəmlənməsi işinə töhfə verdiyini məmnunluq hissi ilə qeyd etdi. Ulu öndər Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edən İsmail Berdiyev onun Azərbaycan xalqının rifahı naminə həyata keçirdiyi siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini dedi. Qonaq hər dəfə olduğu kimi, Azərbaycana budəfəki səfərləri zamanı da ölkəmizdə gördükləri inkişaf proseslərinin onlarda böyük təəssürat yaratdığını qeyd etdi.

Xoş sözlərə görə minnətdarlığını ifadə edən dövlətimizin başçısı vurğuladı ki, Azərbaycanın son illər əldə etdiyi sürətli iqtisadi inkişafın təmin olunmasında, xalqımızın rifah halının yaxşılaşdırılmasında cəmiyyətimizdə hökm sürən sabitlik, müxtəlif dinlərin və xalqların nümayəndələrinin bir ailə şəklində mehriban yaşamaları böyük rol oynayır. Müsəlman ölkələrində narahatlıq doğuran problemlərin mövcud olduğunu deyən Prezident İlham Əliyev bunların aradan qaldırılması üçün müsəlman ölkələri arasında həmrəyliyin gücləndirilməsinin böyük önəm daşıdığını dedi və Azərbaycanın bu işə bundan sonra da töhfə verməkdə davam edəcəyini vurğuladı.