22 Dekabr 2017 02:12
544
Qəbullar
A- A+

Azərbaycan dövləti və xalqı Səudiyyə Ərəbistanının Ermənistanla əlaqə qurmamasını yüksək qiymətləndirir

 

Dekabrın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının İslam işləri, dəvət və irşad nazirinin birinci müavini Tofiq Əl-Sudeyrini qəbul edib.

AZƏRTAC xəbər verir ki, Tofiq Əl-Sudeyri “2017-İslam həmrəyliyi ili: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda Bakıda keçirilən beynəlxalq konfransın təşkilinə verdiyi dəstəyə görə dövlət başçısına minnətdarlığını bildirdi.

Tofiq Əl-Sudeyri 1998-ci ildə Azərbaycana səfəri zamanı ümummilli lider Heydər Əliyev ilə görüşünü dərin ehtiramla xatırladı. Qeyd etdi ki, həmin vaxtdan etibarən ölkələrimiz arasındakı əlaqələr sürətlə inkişaf edib. Həm Səudiyyə Ərəbistanı Kralı, həm də Səudiyyə xalqı Azərbaycan Prezidentinə, hökumətinə və xalqına böyük məhəbbət və dostluq hissləri bəsləyir.

Ölkəmizə ilk səfərindən ötən iyirmi ildə Azərbaycanın bütün sahələrdə sürətlə inkişaf etdiyini məmnunluqla qeyd edən qonaq dedi ki, bu, Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə ölkənin gələcəyi və xalqın rifahı naminə həyata keçirilən siyasətin nəticəsində mümkün olub.

Xoş sözlərə görə minnətdarlığını bildirən dövlət başçısı Bakıda keçirilən “2017-İslam həmrəyliyi ili: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfransda Səudiyyə Ərəbistanının yüksək səviyyədə təmsil olunmasından məmnunluğunu bildirdi.

Prezident İlham Əliyev ölkələrimiz arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edərək Səudiyyə Ərəbistanına rəsmi səfərini məmnunluqla xatırladı.

Dövlət başçısı qeyd etdi ki, Azərbaycan torpaqlarını işğal edən, müsəlman abidələrini və məscidlərimizi dağıdan Ermənistanla Səudiyyə Ərəbistanının hər hansı əlaqəni qurmaması Azərbaycan dövləti və xalqı tərəfindən yüksək qiymətləndirilir. 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video