Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

23:40 18 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Rektor Nurlana Əliyeva: Ölkəmizdə gənclərin inkişafı üçün hər cür şərait yaradılıb
Rektor Nurlana Əliyeva: Ölkəmizdə gənclərin inkişafı üçün hər cür şərait yaradılıb
ANA SƏHİFƏ / Təhsil
10:12 21.12.2017

Bakı Slavyan Universitetinin (BSU) rəhbərliyi ilə gənclər arasında təşkil olunan silsilə görüşlərin əsas məqsədi hər bir gənci vətənpərvərliyə, ədalətə istiqamətləndirməkdir. Hər bir insanın fərdi keyfiyyətlərinin nəzərə alınması vacibdir, yaşlı nəsil gənclərə düzgün istiqamət göstərərsə, onlar cəmiyyətdə doğrunu seçməyi bacararlar.

Bunu dekabrın 21-də BSU-da IV kurs tələbələri ilə keçirilən görüşdə universitetin rektoru, professor Nurlana Əliyeva söyləyib. BSU-dan AZƏRTAC-a bildirilib ki, rektor tələbələrə ali təhsillərini bitirdikdən sonra sevdikləri peşəni layiqincə icra etməyi, Vətənimizin, xalqımızın xeyrinə addımlar atmağı, təmsil etdikləri universitetin adını daim uca tutmağı tövsiyə edib.

N.Əliyeva bir neçə ay sonra müstəqil həyata qədəm qoyacaq tələbələrə hər zaman düzgünlüyün, humanizmin tərəfdarı kimi Azərbaycan mentalitetinin və milli dəyərlərinin qədrini bilməyin, gələcək nəslə örnək olmağın əhəmiyyətini vurğulayıb. Azərbaycan xalqının mənəvi zənginliklərindən, dövlətin gənclər siyasətindən danışan N.Əliyeva bir çox dövlət tədbirlərində, mühüm layihələrdə gənc nəslin iştirakını xüsusi vurğulayıb. Rektor deyib: “Bu gün müxtəlif sahələrdə gənclərin fəallığı göz qabağındadır. Səhiyyə, təhsil, idman və digər istiqamətlərdə bacarıqlarını uğurla nümayiş etdirən, bayrağımızı mötəbər tədbirlərdə dalğalandıran gənclərimiz bir daha sübut edir ki, Azərbaycanda Ulu Öndərin zamanından bu günə qədər həmişə onlar üçün şərait yaradılıb. Prezident İlham Əliyev gənclərin inkişafı üçün mühüm sərəncamlar imzalayıb”.

Tələbələrin bir neçə ay sonra pedaqoji təcrübəyə yollanacağını deyən Nurlana Əliyeva onlara BSU-nun adını uca tutmağı tövsiyə edib.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM