Alternative content

06:16 22 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Alimlər fənər funksiyasını yerinə yetirən güllər icad ediblər
Alimlər fənər funksiyasını yerinə yetirən güllər icad ediblər
ANA SƏHİFƏ / Elm və texnika
05:12 21.12.2017

Massaçusets Texnologiya Universitetinin mütəxəssisləri otlardan və güllərdən “Lampa” kimi istifadəyə imkan verən yeni yanaşma təklif ediblər.

AZƏRTAC mk.ru saytına istinadla xəbər verir ki, alimlər kimyəvi reaksiya zamanı işıqlanma yaradan xüsusi reagentlər hazırlayıblar.

Tədqiqatçılar tərəfindən silisium və üzvi polimerlər əsasında nanohissəciklər yaradılaraq ot və yarpaqların toxumalarına xüsusi piqment və ferment “kokteyli” yeridilib. Bu zaman işıq şəklində enerji ayrılması ilə nəticələn kimyəvi reaksiya baş verib. Beləliklə, alimlər 3,5 saat ərzində sönməyən nisbətən parlaq işığa nail olublar.

Gələcəkdə tədqiqatçılar öz texnologiyalarını modifikasiya edərək effektivliyini artırmaq niyyətindədirlər. Mütəxəssislərin fikrincə, onların ixtirası insanlar tərəfindən istehlak olunan elektrik enerjisini 20 faizə qədər azaltmağa imkan verəcək.