Alternative content

20:24 24 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Prezident İlham Əliyev Misir diyarının müftisi ilə görüşüb
Prezident İlham Əliyev Misir diyarının müftisi ilə görüşüb
ANA SƏHİFƏ / Qəbullar
04:12 21.12.2017

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 21-də Misir diyarının müftisi Şövqi İbrahim Allam ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycan ilə Misir arasında əlaqələrin uğurla inkişaf etdiyini bildirdi. “2017-İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfransın əhəmiyyətini vurğulayan dövlətimizin başçısı Misirin konfransda yüksək səviyyədə təmsil olunmasından məmnunluğunu ifadə etdi. Bu konfransın İslam həmrəyliyinin gücləndirilməsinə böyük töhfə olduğunu deyən dövlətimizin başçısı dini rəhbərlərin bir yerdə olmasının mühüm əhəmiyyət daşıdığını dedi, böyük tərkibli nümayəndə heyətlərinin bu konfransda iştirakını İslam həmrəyliyinin göstəricisi kimi dəyərləndirdi.

Misir diyarının müftisi Şövqi İbrahim Allam Azərbaycanda gedən inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını bildirdi və qeyd etdi ki, bütün bunlar ölkə rəhbərinin müdrik siyasəti nəticəsində əldə olunub. Bakıda keçirilən “2017-İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfransın əhəmiyyətinə toxunan Şövqi İbrahim Allam bunun müxtəlif dinlərin və sivilizasiyaların bir-birinə daha da yaxınlaşması işinə xidmət etdiyini vurğuladı.