Alternative content

11:55 20 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Uşaq aqressivliyinin kökü genlərdədir
Uşaq aqressivliyinin kökü genlərdədir
ANA SƏHİFƏ / Səhiyyə
12:12 21.12.2017

Rusiyalı və avropalı mütəxəssislərdən ibarət alimlər qrupu uşaqların həyatlarının ilk 6 ilində aqressiv davranışını araşdırıblar.

AZƏRTAC vistanews.ru saytına istinadla xəbər verir ki, uşaqların dalaşqanlığının genetik köklərlə bağlı olması aşkar edilib. Mütəxəssislərin rəyinə görə, aqressiv davranış uşağın sosial inkişafının ayrılmaz hissəsidir. Nəzarət edilməsi mümkün olmayan davranış 2-4 yaşlı uşaqlarda daha çox müşahidə edilib. Həmin yaş həddini aşan uşaqlar vaxt keçdikcə bu barədə valideynlərinə və yaxın dostlarına danışmaqla, öz emosiyalarını idarə etməyi öyrənirlər. Lakin genetik köklər ucbatından uşağın nəzarəti mümkün olmayan aqressiv davranışı qeyri-müəyyən vaxtadək uzana bilər. Həmçinin, mütəxəssislər qeyd ediblər ki, 2 yaşdan 4 yaşa qədər körpənin beynində əsaslı dəyişikliklər baş verir. Alimlər həmin dövrdə baş verən prosesləri və onların insan davranışına təsirini nəzərə alaraq, körpənin yeniyetmədən nə ilə fərqləndiyini araşdırmaq niyyətindədirlər.