20 Dekabr 2017 08:12
456
Elm və texnika
A- A+

Ömər Eldarov tarixdə iz qoyan möhtəşəm mədəniyyət nümunələri yaradıb

Ömər Eldarov öz yaradıcılıq fəaliyyəti və xidmətləri ilə mədəniyyətimizi zənginləşdirən dünya şöhrətli sənətkarlardandır. Onun əl işləri regional və beynəlxalq müsabiqələrdə, dünyanın bir çox muzeylərində sərgilənir. Ulu öndər Heydər Əliyevin, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın, Məhəmməd Füzulinin, Hüseyn Cavidin, Üzeyir Hacıbəylinin, Səttar Bəhlulzadənin, Niyazinin xatirələrinə həsr olunan abidələr də dahi heykəltəraşın adı ilə bağlıdır.

AZƏRTAC xəbər verir ki, dekabrın 20-də Azərbaycan Rəssamlıq Akademiyasında bu ali təhsil ocağının rektoru, görkəmli heykəltəraş-alim, Xalq Rəssamı, akademik Ömər Eldarovun 90 illik yubileyi qeyd olunub.

Tədbirdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev bildirib ki, heykəl nümunələri bəşər tarixinin canlı şahidləridir. Onlar insanın nəcib əməllərini, şərəf və şöhrətini əsrlərboyu yaşadan ən gözəl sənət növlərindən biridir. Ömər Eldarov da uzun illərdir ki, tarixdə iz qoyan möhtəşəm mədəniyyət nümunələri yaradır.

Təhsil nazirinin vəzifəsini icra edən Ceyhun Bayramov illərdir öz biliklərini tələbələri ilə bölüşən, onlara heykəltəraşlığın incəliklərini öyrədən Ömər Eldarovun pedaqoq kimi fəaliyyətindən danışıb.

Ömər Eldarovun yaratdığı heykəllərin dünyanın bir çox muzeylərində layiqli yer tutduğunu deyən Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov diqqətə çatdırıb ki, onun əsərləri ölkəmizin sərhədlərini aşaraq kənarlara da adlayır. Ömər Eldarovun imzası yalnız Azərbaycanda deyil, dünyanın bir neçə ölkəsində var. Bu heykəllərlə Azərbaycanın yaradıcı qüdrəti dünyaya da bəlli olur.

Yubilyarın sənət dostları dövlətimizin başçısı tərəfindən respublikanın ən ali mükafatı olan “Heydər Əliyev” ordeni ilə təltif edilməsi münasibətilə rəssamı təbrik ediblər.

Sonra Ömər Eldarova həsr edilən “Hələ axşam olmayıb” filmi nümayiş olunub.

Tədbir konsert proqramı ilə davam etdirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video