Alternative content

04:21 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Akademik Əhliman Əmiraslanov: Məqsəd tibb sahəsində elmi tədqiqatların dərinləşdirilməsinə nail olmaqdır
Akademik Əhliman Əmiraslanov: Məqsəd tibb sahəsində elmi tədqiqatların dərinləşdirilməsinə nail olmaqdır
ANA SƏHİFƏ / Elm və texnika
05:12 20.12.2017

2018-ci ilin fevralında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ümumi Yığıncağı və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyası “İnsan sağlamlığı Azərbaycan cəmiyyətinin əsasıdır” mövzusunda birgə elmi sessiya keçirəcək. Məqsəd tibb və praktiki səhiyyə sahəsində elmi tədqiqatların, xüsusilə kök hüceyrələrlə bağlı fəaliyyətlərin dərinləşdirilməsinə və tibb elmi ilə təhsilin inteqrasiyasının gücləndirilməsi və daha yaxşı koordinasiyasına nail olmaqdır.

AZƏRTAC xəbər verir ki, AMEA Rəyasət Heyətinin növbəti iclasında məsələ ilə bağlı çıxış edən Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov son illər Azərbaycanda tibb elminin ciddi inkişaf dövrü keçdiyini deyib. Bu inkişafın AMEA və Səhiyyə Nazirliyinin tabeliyindəki elmi-tədqiqat müəssisələrində yeni metod və avadanlıqlarla ən müasir istiqamətlər üzrə aparılan araşdırmalarda və əldə olunan nəticələrin kliniki praktikaya tətbiqində özünü göstərdiyini bildirib. Akademik qeyd edib ki, elmi tədqiqatlarda müasirlik, multi­dissip­linarlıq, çoxmərkəzlilik və beynəlxalq əlaqəlilik prinsipləri xüsusilə böyük aktuallıq kəsb edir.

Müzakirədən sonra AMEA Rəyasət Heyəti birgə sessiyanı keçirmək və bununla bağlı tədbirlər planını hazırlamaq barədə qərar verib.