Alternative content

13:59 22 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Ağıllı” döş nişanı hazırlanıb
“Ağıllı” döş nişanı hazırlanıb
ANA SƏHİFƏ / Elm və texnika
05:12 20.12.2017

GIF-fayllar sosial şəbəkələrin milyonlarla istifadəçisi arasında populyarlıq qazanır. “BEAM Authentic” şirkətinin mütəxəssisləri bundan istifadə edərək “ağıllı” döş nişanı hazırlayıblar. Əslində onu döş nişanı adlandırmaq düzgün deyil. Çünki GIF-faylların ötürüldüyü AMOLED-ekrana malik elektron qurğudan söhbət gedir.

AZƏRTAC techcult.ru saytına istinadla xəbər verir ki, ekranı 400x400 piksel təsvir ölçüsünə malik olan “BEAM” qurğusunun qalınlığı 10 millimetr, diametri isə 50 millimetr təşkil edir. Qurğu gün ərzində tamamilə avtonom işləyə bilir. Qadceti işə salmaq üçün onu Bluetooth vasitəsilə smartfonla əlaqələndirmək lazımdır. Təsvirlər qurğuya həmin smartfondan yüklənir. Qurğunun yaddaşına yüzlərlə statik və animasiyalaşdırılmış şəkillər yerləşir. Döş nişanını maqnitlərin köməyi ilə geyimə bərkitmək mümkündür.

Qurğunun daha bir funksiyası əvvəlcədən seçilmiş bir neçə abunəçiyə smartfonun koordinatlarının qeyd edildiyi həyəcan ismarıcının ötürülməsidir. Bunun üçün qadcetin düyməsini 10 saniyə sıxılmış vəziyyətdə saxlamaq lazımdır.

Qeyd edək ki, qurğunun qiyməti 99 dollardır.