Alternative content

14:58 21 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə elmi müsabiqə keçiriləcək
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə elmi müsabiqə keçiriləcək
ANA SƏHİFƏ / Elm və texnika
05:12 20.12.2017

“İşərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş elmi əsərlərlə bağlı müsabiqə keçiriləcək.

AZƏRTAC xəbər verir ki, dekabrın 20-də AMEA Rəyasət Heyətinin növbəti iclasında “Azərbaycan Cümhuriyyəti–100” adlı elmi müsabiqənin keçirilməsi barədə qərar qəbul edilib.

İclasda AMEA-nın prezidenti, akademik Akif Əlizadə Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında neft sənayesi işçilərinin təltif edilməsi haqqında” və “Gəncə şəhərinin sosial-iqtisadi və mədəni inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında” sərəncamlardan danışıb.

Daha sonra iclasda elmi-təşkilati məsələlərə baxılıb. AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibəyli dövlətimizin başçısının “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Sərəncamının icrasından irəli gələn vəzifələr haqqında məlumat verib. Akademik vurğulayıb ki, görkəmli dövlət xadimi Heydər Əliyev 1978-ci ildə Konstitusiyamızda Azərbaycan dilinin dövlət dili statusunda yer almasına nail olub. Müstəqillik illərində Azərbaycan dilini daha da inkişaf etdirmək və zənginləşdirmək, qloballaşma şəraitində ana dilindən istifadənin imkanlarını genişləndirmək istiqamətlərində dövlət səviyyəsində mühüm addımlar atıldığını söyləyən akademik Prezident İlham Əliyevin sərəncamlarının ana dilimizin saflığının qorunmasına, dilimizin daxili imkanları hesabına inkişaf etdirilməsinə şərait yaratdığını diqqətə çatdırıb.

Akademik İsa Həbibbəyli bildirib ki, müsabiqənin keçirilməsində məqsəd Prezident İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” 2017-ci il 16 may tarixli Sərəncamından irəli gələn layihələrin icrasının təmin olunması və gəncləri yeni elmi araşdırmalara cəlb edilməsidir.