20 Dekabr 2017 04:12
293
Səhiyyə
A- A+

Qarin ağrısı bir çox xəstəliyin ilk əlaməti ola bilər

İnsanlara fiziki və psixoloji təsir göstərən ağrı bir çox xəstəliyin ilkin əlamətidir. Demək olar ki, ağrı təbabəti inkişaf etdirən amillərdəndir. Təbabətin əsas nailiyyəti ağrının aradan götürülməyi ilə əlaqədardır.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının həkim-qastroenteroloqu İlhamə Əmiraslanova abdominal (qarın) ağrılar barədə universitetin mətbuat xidmətinə məlumat verib.

İ.Əmiraslanova deyib: “Qarında ağrı sindromu, yəni abdominal ağrı kliniki praktikada qarın boşluğunda yerləşən orqanların əksər xəstəlikləri ilə bağlıdır. Abdominal ağrı müxtəlif səbəblərdən yarana bilər. Burada əsas məqsəd ağrını differensasiya etməkdir. Bu narahatçılıq adi köpmə nəticəsində yarandığı kimi ciddi patoloji prosesin simptomu da ola bilər. Adətən bir neçə saniyədən 2-3 dəqiqəyə qədər uzanan ağrı narahatçılığa səbəb olmamalıdır. Bu ağrılar əsasən visseral və somatik olur. Visseral ağrı boş orqanların divarlarında yerləşən sinir uclarının qıcığı nəticəsində əmələ gəlir. Bunlar həmin orqanın spazmı və ya genişlənməsi ilə bağlı ola bilər. Bu ağrıların intensivliyi və yayılma xarakteri müxtəlifdir. Somatik ağrı isə onurğa beynindən çıxan peritonu innervasiya edən sinir uclarının qıcıqlanması nəticəsində meydana çıxır. Visseral ağrılara əks olaraq somatik ağrılar mütəmadi, müəyyən lokalizasiyalı, peritonun ön divarının əzələ gərginliyi ilə müşayiət olunur, kəsici xarakter daşıyır, hərəkət və tənəffüs zamanı artır.

Qarın ağrısına səbəb olan narahatlıqlar və patoloji hallar bir sıra xəstəliklərlə əlaqəlidir. Bura qarın boşluğu orqanları, mədə və 12-barmaq bağırsaq, qaraciyər, öd yolları, mədəaltı vəz, bağırsaqlar və dalağın funksional və ya orqanik xəstəlikləri, eləcə də qida toksikoinfeksiyası, peritonun iltihabı, zədələnməsi, böyrək və sidik yollarının xəstəlikləri, qarın boşluğunda yerli arterial qan dövranının pozulması, bəzi sinir sisteminin, onurğa sütununun və birləşmə toxumanın diffuz xəstəlikləri, revmatizm kimi problemlər aiddir.

Qarında yaranan patologiyalardan ən çətin müalicə olunan və eyni zamanda ağrı verməyən xərçəng xəstəliyidir.

Qarın ağrısı zamanı ağrıkəsicilərdən, isidicilərdən, imalələrdən qəti istifadə etmək olmaz. Belə ki, bu simptomun həkim müayinəsindən əvvəl aradan götürülməsi səhv diaqnozun qoyulmasına və ciddi fəsadlara səbəb ola bilər. Lakin bunun əksinə ağrı hiss olunduqda buz tətbiq etmək olar.

Ümumiyyətlə qarın nahiyəsində ağrı hiss etdikdə ilk növbədə həkimə müraciət etmək məsləhətdir”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video