Alternative content

20:23 24 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bakı Ali Neft Məktəbi ili yüksək nəticələrlə başa vurub
Bakı Ali Neft Məktəbi ili yüksək nəticələrlə başa vurub
ANA SƏHİFƏ / Təhsil
04:12 20.12.2017

Sosial şəbəkələr tərəfindən ölkəmizdə fəaliyyət göstərən universitetlərlə bağlı aparılan araşdırmaya, tələbələr arasında keçirilən sorğulara əsasən, Bakı Ali Neft Məktəbi (BANM) 2017-ci ilin ən yaxşı ali təhsil müəssisəsi seçilib.

BANM-dən AZƏRTAC-a bildirilib ki, araşdırma zamanı bu ali məktəbin maddi texniki baza və sosial infrastruktur nöqteyi-nəzərindən bütün universitetlərdən öndə olduğu müəyyən edilib. Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ali məktəblərə keçirilən qəbul imtahanlarının nəticələrinə görə, ən yüksək keçid balı (679 bal) məhz BANM-də qeydə alınıb. Ali məktəbdə proseslərin avtomatlaşdırılması mühəndisliyi, neft-qaz mühəndisliyi və kimya mühəndisliyi ixtisasları üzrə ilk turdan 100 faiz qəbul həyata keçirilib. BANM-in ölkəmizin ən yüksək keçid balına malik proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasında qəbul imtahanının nəticələrinə görə, minimum bal 685 olub. DİM-in açıqlamasına əsasən, bu ixtisas ölkədə “İlin ixtisası” adını qazanıb. Builki nəticələrə görə, birinci qrup üzrə imtahan verən abituriyentlərdən 7-si 700 bal toplayıb və onların hamısı BANM-i seçib. Birinci qrup üzrə Prezident təqaüdçülərinin sayına görə rekord göstərici məhz bu ali məktəbdə qeydə alınıb. Belə ki, bu il BANM-ə qəbul olunanların 24-ü Prezident təqaüdçüsüdür. Cari il BANM-in ilk məzunlarının 94 faizi artıq işlə təmin edilib. Qalan 6 faiz isə ABŞ-ın və Avropa ölkələrinın, eləcə Azərbaycanın aparıcı universitetlərində magistratura və doktorantura pillələrində təhsillərini davam etdirir.