Alternative content

21:47 22 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Alimlər canlı materiya çap edən 3D-printer hazırlayıblar
Alimlər canlı materiya çap edən 3D-printer hazırlayıblar
ANA SƏHİFƏ / Elm və texnika
04:12 20.12.2017

İsveçrə Ali Texniki Məktəbinin tədqiqatçılar qrupu bakteriyalarla qarışdırılmış mürəkkəbin köməyi ilə canlı biokimyəvi konstruksiyaların 3D-çapı üçün platforma hazırlayıb.

AZƏRTAC techcult.ru saytına istinadla xəbər verir ki, mürəkkəb özündə əşyanın karkasını formalaşdıran bioloji uyğun hidrogel ehtiva edir. 3D-printerin istismarı prosesində alimlər bakteriyaların bir neçə növünü özündə saxlayan dördə qədər müxtəlif mürəkkəbdən istifadə edə bilərlər. Hidrogelli mürəkkəblərin bakteriyalarla uyğunluğu fiziki ağrını azaltmağa və rütubəti saxlamağa imkan verir. Xüsusi halda, canlı çapın tətbiq sahələrindən biri də yanıqların müalicəsi ola bilər. Lakin alimlər bu metodikanı istehsala təqdim etməzdən əvvəlcə onun üzərində işləməlidirlər. Bu üsulun əsas problemləri sırasında çapın sürəti və texnologiyanın miqyaslanması dayanır.

Qeyd olunan problemlər öz həllini tapdıqdan sonra tədqiqatçılar tibb və biotexnologiyalar sahəsində öz tətbiqini tapacaq real “canlı” obyektlər istehsal edəcəklər.