Alternative content

07:59 20 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Prezident İlham Əliyev Amerika Yəhudi Təşkilatları Prezidentləri Konfransının icraçı direktorunu qəbul edib
Prezident İlham Əliyev Amerika Yəhudi Təşkilatları Prezidentləri Konfransının icraçı direktorunu qəbul edib
ANA SƏHİFƏ / Qəbullar
04:12 20.12.2017

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 20-də Amerika Yəhudi Təşkilatları Prezidentlərinin Konfransının icraçı direktoru Malkolm Honlaynı qəbul edib.

AZƏRTAC xəbər verir ki, Malkolm Honlayn Prezident İlham Əliyevlə bundan əvvəl keçirdikləri görüşləri məmnunluqla xatırladı. Qonaq Bakıya hər dəfə gəldikdə burada gördüyü dəyişikliklərin və inkişafın onda dərin təəssürat yaratdığını qeyd etdi. O, Bakıda keçiriləcək “2017-İslam Həmrəyliyi İli: dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfransda iştirakından məmnunluğunu ifadə etdi.

Prezident İlham Əliyev Bakıda keçiriləcək “2017-İslam Həmrəyliyi İli: dinlər və mədəniyyətlərarası dialoq” beynəlxalq konfransının əhəmiyyətini qeyd edərək, Amerika Yəhudi Təşkilatları Prezidentlərinin Konfransının icraçı direktoru Malkolm Honlaynın bu tədbirdə iştirakının önəmini vurğuladı, konfransın dinlər və xalqlar arasında əlaqələrin möhkəmləndirilməsi işinə töhfə verəcəyinə əminliyini ifadə etdi.

Söhbət zamanı Azərbaycanda bütün xalqların və dinlərin nümayəndələrinin, o cümlədən yəhudi icmasının sülh və firavanlıq şəraitində yaşaması üçün hər cür şəraitin yaradıldığı, ölkəmizdə bərqərar olan multikulturalizm mühitinin bir nümunə olduğu qeyd edildi, Bakının artıq beynəlxalq miqyaslı mötəbər tədbirlərin keçirildiyi bir məkana çevrildiyi vurğulandı.

Görüşdə, eyni zamanda, Azərbaycan-ABŞ münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi qeyd olundu.