Alternative content

01:52 26 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Robotlar dad və qoxunu hiss edəcəklər
Robotlar dad və qoxunu hiss edəcəklər
ANA SƏHİFƏ / Elm və texnika
05:12 19.12.2017

Böyük Britaniyanın paytaxtı Londonda və İsveçrənin Lozanna şəhərində fəaliyyət göstərən və robot texnikasına istiqamətlənmiş “Rewired” vençur studiyası dad və qoxunun rəqəmsallaşdırılması üsulunu tapmış “Aromyx” şirkəti ilə əməkdaşlıq haqqında razılığa gəlib.

“Aromyx” dad və qoxunun rəqəmsallaşdırılmasını təmin etməyə imkan verən texnologiyanın hazırlanması ilə məşğul olur. Şirkət insana xas olan iybilmə sistemini yaradıb.

AZƏRTAC 3dnews.ru saytına istinadla xəbər verir ki, dad və qoxunun rəqəmsal təqlidi mühəndislər, bioloqlar və kimyaçılar üçün çətin məsələ idi, çünki bunun üçün hər üç sahənin əlaqələndirilməsi tələb olunurdu. Lakin Stenford Universitetinin alimləri ilə əməkdaşlıq edən “Aromyx” insanın hiss orqanlarının beyinə göndərdiyi biokimyəvi siqnalların yenidən yaradılması və bu siqnalların informativ yolla ölçülməsi üsulunu aydınlaşdırıb. Bu üsulla birdəfəlik istifadə üçün nəzərdə tutulan, müxtəlif mühitlərə uyğunlaşdırılan biosensor “EssenceChip” yaradılıb. Bu texnologiyanın tətbiq dairəsi kifayət qədər genişdir. “Aromyx” robot texnikası üçün də böyük imkanlar yaradacaq. “Rewired” vençur studiyasının nümayəndələri iddia edirlər ki, sensor qabiliyyətlərin yaxşılaşdırılması növbəti nəsil “ağıllı” robotların yaradılmasına yol açacaq.