Alternative content

16:50 21 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Universitetdə memarlıq və inşaat təhsilinin aktual problemlərinin müzakirəsi aparılıb
Universitetdə memarlıq və inşaat təhsilinin aktual problemlərinin müzakirəsi aparılıb
ANA SƏHİFƏ / Elm və texnika
05:12 19.12.2017

Dekabrın 19-da Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “İnşaat və inşaat təhsilinin müasir problemləri” mövzusunda beynəlxalq konfrans keçirilib. Konfransda AzMİU-nun professor-müəllim heyəti ilə yanaşı, ölkəmizin ali təhsil müəssisələrindən, eyni zamanda, Türkiyənin İstanbul Texnik Universitetindən, respublikamızın dövlət və özəl qurumlarından nümayəndələr iştirak ediblər.

AzMİU-dan AZƏRTAC-a bildirilib ki, tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin universitetin həyətindəki büstü önünə əklil qoyaraq xatirəsini anıblar.

Konfransda AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova ölkəmizdə memarlıq və inşaat təhsilinin təşəkkülü, keçdiyi böyük təkamül yolu, bu sahədə əldə olunan uğurlar, memarlıq və inşaat təhsilinin təkmilləşdirilməsi, kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən islahatlar, tətbiq olunan yeniliklər barədə geniş məlumat verib, mövcud problemlərə, qarşıda duran vəzifə və hədəflərə toxunub. Rektor ölkəmizdə elmin inkişafı, elmi araşdırmaların aparılması üçün hər cür şərait yaradıldığını, dövlət başçısı tərəfindən bu sahəyə böyük diqqət və qayğı göstərildiyini qeyd edib. Eyni zamanda, rektor çıxışında son illər ölkəmizdə tikinti və inşaat sekorunun canlandığını, potensial kadr ehtiyatına tələbatın artdığını və inşaatçı kadrlar yetişdirən ali məktəb kimi əsas yükün AzMİU-nun üzərinə düşdüyünü vurğulayıb. G.Məmmədova memarlıq və inşaat fəaliyyətinin əhəmiyyətini, konfransın mövzusunun aktuallığını qeyd edib və işinə uğurlar arzulayıb.

“Turquoise” MMC-nin direktoru, “Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyi (TÜİB)”nin İdarə Heyətinin sədri Ali İhsan Genç və AzMİU-nun inşaat fakültəsinin dekanı Hikmət Məmmədov beynəlxalq konfransın aktual mövzuya həsr edildiyini, günümüzlə səsləşdiyini, müzakirələrin maraqlı keçəcəyinə ümidvar olduqlarını bildiriblər.

Daha sonra plenar iclasda İstanbul Texnik Universitetinin inşaat mühəndisliyi bölümünün nümayəndələri Mehmet Ali Taşdemir, Kadir Gülər və Ali Sarının məruzələri dinlənilib.

Konfrans öz işini bölmə iclaslarında davam etdirib.