Alternative content

07:29 23 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ağstafada regional Bilik Evi açıldı
Ağstafada regional Bilik Evi açıldı
ANA SƏHİFƏ / Elm və texnika
12:12 19.12.2017

 

Dekabrın 18-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun növbəti Bilik Evi Ağstafa rayonunda açılıb.

Ağstafa Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonun Heydər Əliyev Mərkəzində fəaliyyət göstərəcək regional Bilik Evinin açılış mərasimindən öncə Bilik Fondunun icraçı direktoru Oktay Səmədov rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyevlə görüşüb.

Fondun icraçı direktoru, icra başçısı, qonaqlar və iştirakçılar tərəfindən ulu öndər Heydər Əliyevin abidəsi önünə tər güllər düzülüb.

Tədbirdən öncə fondun lektorlar qrupunun üzvü, Bakı Dövlət Universitetinin dosenti Sevinc Əliyeva yerli gənclərdən ibarət auditoriya qarşısında “Bilik Azərbaycanda insan kapitalının inkişafında əsas amil kimi” mövzusunda mühazirə ilə çıxış edib.

Yerli rəsmi qurumların təmsilçiləri, təhsil müəssisələrinin müəllim və şagird kollektivləri, ağsaqqallar, gənclər və jurnalistlərin iştirakı ilə Heydər Əliyev Mərkəzində keçirilən açılış mərasimini giriş sözü ilə rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev açıb. İcra başçısı bildirib ki, ölkədə aparılan daxili və xarici siyasətin mahiyyətinin yerlərdə əhaliyə dəqiq və dolğun çatdırılmasına, milli-mənəvi dəyərlərin təbliğinə ehtiyac var. Gənclərin biliklərinin artırılması və müxtəlif müasir peşələrə yiyələnməsi üçün mütəmadi olaraq maarifləndirici tədbirlərin həyata keçirilməsi olduqca vacibdir.

Tədbirdə çıxış edən Bilik Fondunun icraçı direktoru Oktay Səmədov rəhbərlik etdiyi qurumun əhalinin, xüsusilə də gənclərin elmi biliklərinin artırılması, milli-mənəvi dəyərlərin təbliği istiqamətindəki fəaliyyəti barədə danışaraq fondun “İslam həmrəyliyi ili”ndə həyata keçirdiyi maarifləndirici layihələrdən söz açıb, ölkənin müxtəlif bölgələrində bilik evlərinin açılmasını maarifləndirmə istiqamətində atılan əhəmiyyətli addım kimi qiymətləndirib.

Oktay Səmədov milli-mənəvi dəyərlərin qorunması və təbliği işində gəncləri fəal olmağa çağırıb, vətənə sevgi, dövlətə sədaqət, vətəndaşlara qayğı göstərməyin məhz milli-mənəvi dəyərlərə sadiqlikdən keçdiyini deyib.  

Açılış mərasimində rayon icra hakimiyyətinin İnformasiya təminatı və təhlil sektorunun müdiri, Bilik Fondunun yerli nümayəndəsi Leyla İsayeva çıxışında Ağstafa Regional Bilik Evinin fəaliyyət planı haqqında məlumat verərək bildirib ki, layihələrin əsas mahiyyətini əhali arasında geniş maarifləndirmə işinin aparılması təşkil edəcək.  

Tədbirdə Bilik Fondu ilə Ağstafa Heydər Əliyev Mərkəzi arasında əməkdaşlıq barədə niyyət sazişi imzalanıb.

Açılış mərasimindən sonra fondun icraçı direktoru Bilik Evinin mütəxəssisləri, təlim kurslarının dinləyici və təlimçiləri ilə görüşüb.

 

“Azərbaycan”