18 Dekabr 2017 06:12
407
PARLAMENT
A- A+

Yan Zahradil: Avropa Parlamenti-Azərbaycan əlaqələrı yüksələn xətlə inkişaf edir

Dekabrın 18-də Milli Məclisin Avropa İttifaqı ilə əməkdaşlıq komitəsinin üzvləri ölkəmizdə səfərdə olan Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının prezidenti, Avropa Parlamentinin üzvü Yan Zahradil ilə görüş keçiriblər.

AZƏRTAC xəbər verir ki, komitənin həmsədri, deputat Cavanşir Feyziyev Avropa Parlamenti ilə Milli Məclis arasında 2016-cı ildə münasibətlər yenidən bərpa olunandan və parlamentlərarası əməkdaşlıq komitəsinin tərkibi yenidən formalaşdıqdan sonra fəal şəkildə əməkdaşlığa başlanıldığını söyləyib. O qeyd edib ki, Azərbaycan tərəfinin nümayəndələri bu iki il ərzində dörd dəfə Avropa Parlamentində olub, müxtəlif görüşlər keçirib, beynəlxalq tədbirlərdə iştirak ediblər. Avropa Parlamentinin nümayəndələri də vaxtaşırı regiona səfər edir, ölkəmizdə olurlar. Bu, əlaqələrimizin möhkəmlənməsindən, daha da inkişaf etməsindən xəbər verir.

Yan Zahradil uğurlu əməkdaşlığa töhfə vermək üçün Azərbaycana konkret təkliflərlə gəldiyini, bu məsələlərin əməkdaşlığımızın daha da genişləndirilməsi baxımından faydalı olacağını vurğulayıb. Qeyd olunub ki, Avropa Mühafizəkarlar və İslahatçılar Alyansı Azərbaycanla hərtərəfli əməkdaşlıq edən yeganə qurumdur. Eyni zamanda, Avropa Parlamenti ilə Azərbaycan arasında əlaqələr hazırda yüksələn xətlə inkişaf edir. Azərbaycan parlamenti ilə qarşılıqlı səfərlərin daha da intensivləşdirilməsi münasibətlərimizə müsbət təsir edəcək.

Söhbət zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə fikir mübadiləsi aparılıb.

Görüşdə deputatlar Qüdrət Həsənquliyev (Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri), Elman Nəsirov, Elşad Həsənov və başqaları iştirak ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video