Alternative content

05:47 14 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Oqtay Əsədov: Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlığın inkişafında maraqlıdır
Oqtay Əsədov: Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlığın inkişafında maraqlıdır
ANA SƏHİFƏ / PARLAMENT
06:12 18.12.2017

Dekabrın 18-də Milli Məclisin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının prezidenti, Avropa Parlamentinin deputatı Yan Zahradil ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Oqtay Əsədov Yan Zahradili təmsil etdiyi alyansa növbəti dəfə rəhbər seçilməsi münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb. O, ötən ilin fevral ayında qonağın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə aparılan fikir mübadiləsinin əhəmiyyətini vurğulayıb. Qeyd edilib ki, Yan Zahradilin başçılıq etdiyi alyansın Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası ilə əlaqələri və nümayəndə heyətimizin üzvlərinin alyansın təmsilçiləri ilə beynəlxalq təşkilatlarda mütəmadi görüşləri təqdirəlayiqdir.

Sədr istər AŞPA-da, istərsə də Avropa Parlamentində alyansın üzvlərinin Azərbaycana yanaşmada obyektiv mövqe tutmasını yüksək dəyərləndirib. Bildirilib ki, ölkəmiz Avropa İttifaqı və onun qurumları ilə əməkdaşlığın hərtərəfli inkişafında maraqlıdır. Spiker ümidvar olduğunu söyləyib ki, bu səfər də münasibətlərimizi daha da dərinləşdirmək baxımından əhəmiyyətli olacaq.

Yan Zahradil ölkəmizə səfərindən və burada keçirdiyi görüşlərdən məmnun qaldığını deyib. Qonaq rəhbərlik etdiyi alyansın və Avropa Parlamentinin Cənubi Qafqazın bu bölgəsinə böyük maraq göstərdiyini söyləyib. Qeyd edilib ki, müxtəlif dönəmlərdə Avropa Parlamenti ilə Azərbaycan arasında münasibətlərdə müəyyən anlaşılmazlıqlar olsa da, tezliklə bu məsələlər aradan qaldırılıb, əlaqələrimizdə yeni dönəm başlayıb.

Qonaq rəhbərlik etdiyi alyansın ölkəmizlə bağlı məsələlərə həssaslıqla yanaşdığını xüsusi vurğulayıb. Bildirilib ki, bölgə həqiqətlərinin olduğu kimi Avropa ictimaiyyətinə çatdırılması çox önəmlidir.

Söhbət zamanı tərəfləri maraqlandıran məsələlər barədə danışılıb.

Görüşdə Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev, deputat, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev və digərləri iştirak ediblər.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM