18 Dekabr 2017 06:12
435
Elm və texnika
A- A+

Alimlər smartfonların orqanizmə mənfi təsirləri haqqında xəbərdarlıq ediblər

ABŞ-ın Səhiyyə Nazirliyi mobil telefonlar və smartfonların orqanizmə mənfi təsirləri haqqında yeni məlumat dərc edib. Elektromaqnit şüalanmasının sızmasını aşkarlayan tədqiqatçılar istifadəçilərə bununla bağlı xəbərdarlıq etməyə qərar veriblər. Nazirlik qurğunu bədəndən mümkün qədər uzaqda saxlamağı tövsiyə edir.

AZƏRTAC hi-tech.mail.ru saytına istinadla xəbər verir ki, səhiyyə mütəxəssisləri mobil telefonlardan ayrılan enerjinin uzunmüddətli təsirindən ehtiyatlı olmaq üçün ciddi səbəblərin olduğunu bildiriblər. Həkimlər telefonu cibdə, uzun müddət danışarkən qulağa yaxın, gecələr çarpayının yanında saxlamamağı məsləhət görürlər. Həmçinin hərəkətdə olan avtomobil, avtobus və ya qatarda telefonun adi vaxtda olduğundan daha çox enerji yaydığı müəyyən edilib.

Ekspertlər insanların mobil telefonlardan istifadə riskini düzgün qiymətləndirmədiklərini bildirirlər. Çünki istehsalçılar mobil qurğuların sağlamlığa mənfi təsirləri ilə bağlı lazımi testləri keçirmirlər, çox vaxt onların nəticələrini gizlədirlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video