18 Dekabr 2017 03:12
279
Təhsil
A- A+

Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələrindən nümunəvi addım

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbələri biliklərini valideyn himayəsindən məhrum olan uşaqlarla paylaşıblar.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə öz bilik və təqaüdlərini valideyn himayəsindən məhrum uşaqlarla paylaşmaq istəyən bu universitetin birinci kurs tələbələri Xəzər rayonundakı 2 nömrəli ümumi orta internat məktəbində olublar.

Görüşdə əksəriyyəti Prezident təqaüdçüsü və qəbul imtahanlarında 600-dən yüksək bal toplayaraq UNEC-in xüsusi təqaüdünə layiq görülən tələbələr şagirdlər arasında riyaziyyat, coğrafiya, ədəbiyyat, tarix və musiqi fənləri üzrə müsabiqə keçirib, qaliblərə kubok və hədiyyələr təqdim ediblər.

Ali təhsil ocağına yüksək balla qəbul olunan tələbələrlə tanışlıqdan məmnunluqlarını bildirən şagirdlər gələcəkdə onlar kimi imtahanlarda yüksək nəticə əldə edərək tələbə adını qazanmaq arzularını dilə gətiriblər. UNEC-in tələbələri universitetə hazırlaşan şagirdlərə ixtisas seçimində istiqamət verməyə və özlərinin əlavə dərs vəsaitlərini onlara təqdim etməyə hazır olduqlarını vurğulayıblar.

Görüş əyləncəli oyunlarla davam etdirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video