Alternative content

04:47 24 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Portağal və alma şirəsinin faydası
Portağal və alma şirəsinin faydası
ANA SƏHİFƏ / Səhiyyə
01:12 18.12.2017

Şirələr orqanizmdə çox tez həzm olunur və mənimsənilir. Həzmetmə sistemi minimum enerji sərf etməklə həmin prosesi bir neçə dəqiqəyə həyata keçirir, şirələr orqanizmin hüceyrə və toxumalarını ən yaxşı və münasib üsulla ən vacib element və vitaminlərlə təchiz etməyə qadirdir.

AZƏRTAC xəbər verir ki, portağal şirəsinin tərkibindəki karotin maddəsi ona sarı və qırmızı rəng verir, güclü antioksidant təsirə malikdir, şişlərin yaranmasına və inkişafına mane olur. Amerikalılar səhər, günorta və axşam yeməyindən əvvəl təzə portağalın şirəsini içirlər. Həkimlər hesab edirlər ki, həmin şirə ən güclü antikanserogen təsirə malikdir.

Portağal şirəsinin tərkibində yüksək miqdarda C vitamini olduğu üçün qış vaxtı profilaktik və müalicə məqsədilə soyuqdəymə və avitaminoz xəstəliyi zamanı əvəzsizdir. O, tonusu yüksəldir, yorğunluğu aradan qaldırır və qan damarlarını möhkəmləndirir. Həkimlər ateroskleroz və hipertoniya, habelə qaraciyər xəstəlikləri zamanı portağal şirəsi içməyi məsləhət görürlər. Portağal şirəsi bakteriyanı öldürür, immuniteti qaldırır, artıq çəkini azaldır. Onda orqanizmi xolesterindən azad etmək və peristaltikanı normallaşdırmaq keyfiyyəti də var. Lakin mədə və onikibarmaq xorası, bağırsaqlarda pozğunluq və qastrit zamanı şirədən imtina etmək lazımdır.

Alma şirəsi aşağı kalorilidir, tərkibində çoxlu dəmir olduğuna görə qanazlığında xeyirlidir və böyrək daşlarının xaric edilməsinə səbəb olur, orqanizmi şlaklardan təmizləyir. Alma şirəsi qaraciyər və bronxlarda problemi olanlar üçün çox faydalıdır. Piylənmə zamanı 100 qram alma şirəsi, 50 ml yemiş şirəsi, 5 ml pomidor şirəsi və 25 ml limon şirəsi qarışığından istifadə edirlər. Şirə qanazlığı və avitaminoz zamanı qəbul edilir.

Turş alma şirəsi aşağı turşulu mədə xəstəlikləri və qəbizlik zamanı qəbul edilir. Ateroskleroz, piylənmə, hipertoniya və öd kisəsi xəstəliklərində yeməkdən 15-30 dəqiqə qabaq yarım stəkan alma şirəsi içilir.

Alma ilə yerkökü şirəsinin qarışığı ürək və bağırsaq xəstəliklərinə qarşı səmərəli müalicə vasitəsidir.