Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez

Alternative content

20:44 14 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ saylı Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ saylı Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə
ANA SƏHİFƏ / Qanunlar
01:12 17.12.2017

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 18-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ saylı Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”ni “Elm haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 271-VQ nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ saylı Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 1, maddə 14; 2001, № 3, maddələr 138, 145, 146, 147, № 12, maddələr 731, 745; 2002, № 6, maddə 328, № 8, maddə 464; 2004, № 2, maddə 57, № 11, maddə 886; 2005, № 7, maddələr 576, 588, № 10, maddə 871; 2006, № 4, maddə 312, № 11, maddə 933; 2007, № 8,  maddə 756, № 11, maddə 1078; 2008, №7, maddə 602, № 8, maddə 695, №12, maddə 1048; 2010, № 6, maddə 482; 2011, № 2, maddə 71; 2015, № 5, maddə 501; 2015, № 10, maddə 1086, № 11, maddə 1250; 2016, № 1, maddə 16; 2017, № 3, maddə 328) ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1. 87-ci maddənin birinci hissəsinin ikinci abzasında “(elmi-tədqiqat idarələrinin)” sözləri “, elmi müəssisə və təşkilatlarının” sözləri ilə əvəz edilsin.

2. 92-ci maddənin birinci hissəsinin altıncı abzasında “rütbəsi” sözü “adı” sözü ilə əvəz edilsin.

3. 95-ci maddənin birinci hissəsinin yeddinci abzasında “elmi-tədqiqat müəssisələrində” sözləri “elmi müəssisə və təşkilatlarda” sözləri ilə əvəz edilsin.

4. 100-cü maddənin ikinci hissəsində “(elmi-tədqiqat müəssisələrinin adyunktları)” sözləri “, elmi müəssisə və təşkilatların adyunktları” sözləri ilə, “(elmi-tədqiqat müəssisələrinin) rəisləri” sözləri “, elmi müəssisə və təşkilatların rəhbərləri” sözləri ilə əvəz edilsin.

5. 115-ci maddənin üçüncü hissəsinin birinci cümləsində “elmi-tədqiqat müəssisələrinin” sözləri “elmi müəssisə və təşkilatların” sözləri ilə əvəz edilsin.

6. 133-cü maddənin üçüncü hissəsinin doqquzuncu abzasında “və ya elmi-tədqiqat müəssisəsinin rəisinin” sözləri “müəssisəsinin və ya elmi müəssisə və təşkilatın rəhbərinin” sözləri ilə, iyirmi birinci hissəsinin ikinci cümləsində “məktəbə və ya elmi-tədqiqat müəssisəsinə” sözləri “təhsil müəssisəsinə və ya elmi müəssisə və təşkilata” sözləri ilə əvəz edilsin.

7. 134-cü maddənin ikinci hissəsində “və elmi-tədqiqat müəssisəsinin” sözləri “müəssisəsinin, elmi müəssisə və təşkilatın” sözləri ilə əvəz edilsin.

8. Əsasnaməyə 3 saylı Əlavə - “Hərbi qulluqçuların son yaş həddindən artıq həqiqi hərbi xidmətdə saxlanması üçün siyahıların tərtib edilməsi Qaydaları”nın beşinci abzasında “rütbə” sözü “ad” sözü ilə əvəz edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 31 oktyabr 2017-ci il

 


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM