Alternative content

07:03 21 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Azərbaycan Respublikası Hökuməti ilə Yaponiya Hökuməti arasında diplomatik pasportlara malik olan vətəndaşların viza tələbindən azad olunması haqqında Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyi arasında” Notalar Mübadiləsinin təsdiq edilməsi barədə
“Azərbaycan Respublikası Hökuməti ilə Yaponiya Hökuməti arasında diplomatik pasportlara malik olan vətəndaşların viza tələbindən azad olunması haqqında Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyi arasında” Notalar Mübadiləsinin təsdiq edilməsi barədə
ANA SƏHİFƏ / Qanunlar
12:12 17.12.2017

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

“Azərbaycan Respublikası Hökuməti ilə Yaponiya Hökuməti arasında diplomatik pasportlara malik olan vətəndaşların viza tələbindən azad olunması haqqında Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyi arasında” 2017-ci il sentyabrın 14-də Bakı şəhərində həyata keçirilmiş Notalar Mübadiləsi təsdiq edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 1 dekabr 2017-ci il