Alternative content

23:00 23 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Alimlər bakteriyaların iki yeni tipini aşkarlayıblar
Alimlər bakteriyaların iki yeni tipini aşkarlayıblar
ANA SƏHİFƏ / Elm və texnika
10:12 16.12.2017

Avstraliya və Yeni Zelandiya alimləri bakteriyaların iki yeni tipini aşkar ediblər. Əvvəllər həmin bakteriyaların Yer kürəsində mövcud olmadığı güman edilirdi.

AZƏRTAC “lenta.ru” saytına istinadla xəbər verir ki, WPS-2 və AD3 Şərqi Antarktidada yerləşən iki qütb səhrasında üst qatda aşkar olunub. Həmin regionlarda alimlər bir neçə mikroorqanizm izi aşkar ediblər. Mütəxəssislər onlardan 23-nü, o cümlədən WPS-2 və AD3 genomlarını bərpa edə biliblər.

Alimlərin kəşfi, hətta ən ekstremal şəraitdə həmin orqanizmlərin mövcud olduğunun mümkünlüyünü təsdiq edir.