Alternative content

00:20 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Con Smit Etimad Fondunun təqaüdü əsasında təhsil almış azərbaycanlı məzunlar üçün qəbul təşkil edilib
Con Smit Etimad Fondunun təqaüdü əsasında təhsil almış azərbaycanlı məzunlar üçün qəbul təşkil edilib
ANA SƏHİFƏ / Təhsil
12:12 16.12.2017

Böyük Britaniyanın Azərbaycandakı səfirliyi Con Smit Etimad Fondunun təqaüdü əsasında təhsil almış azərbaycanlı məzunlar üçün qəbul təşkil edib.

AZƏRTAC xəbər verir ki, qəbulda çıxış edən səfir Kerol Krofts bu proqram üzrə təhsil almaq tələbələr üçün böyük imkanlar açır, onlar Britaniyada biliklərə yiyələnir və bu bilikləri gələcək karyeralarında tətbiq etmək imkanı əldə edirlər. Səfir deyib ki, bu qədər azərbaycanlı tələbənin proqramda iştirakı sevindiricidir.

ADA Universitetinin prorektoru, proqramın məzunu Fariz İsmayılzadə səfirliyin keçirdiyi bu qəbulun proqram iştirakçılarının bir-biri ilə ünsiyyət qurmaları üçün imkan yaratdığını qeyd edib. O, 2007-ci ildə qatıldığı Con Smit Proqramının əhəmiyyətindən danışıb, onun əlaqələrin inkişafına təkan verdiyini bildirib.

Tədbirdə Böyük Britaniyadan Azərbaycana velosipedlə gəlmiş britaniyalı xanımlar Kleir Qover və Davn Loqan da iştirak ediblər. Kleir Qover və Davn Loqan məqsədlərinin velosipedlə dünya turuna çıxaraq yardım toplamaqla Qanada imkansız uşaqlar üçün məktəb açmaq olduğunu bildiriblər. Azərbaycanda olduqları 10 gün ərzində Ağstafaya, Gəncəyə də səyahət etdiklərini söyləyən xanımlar xalqımızın çox qonaqpərvər olduğunu vurğulayıblar. Azərbaycanı çox sevdiklərini deyən Kleir Qover və Davn Loqan Bakının çox gözəl şəhər olduğunu, paytaxtımızın Avropa ilə Asiya arasında körpü olduğunu, Şərq və Qərb ornamentlərini özündə əks etdirdiyini diqqətə çatdırıblar.