Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide

Alternative content

10:31 16 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Seçim düzgün, məqsəd aydın olanda...
Seçim düzgün, məqsəd aydın olanda...
ANA SƏHİFƏ / Elm və texnika
01:12 16.12.2017

 

2013-cü ilin soyuq yanvar günlərinin birində İsveçin Uppsala Universitetinin Angstrom laboratoriyasına bəstəboy, ağbəniz bir qız daxil oldu. Laboratoriyanın Kimya departamentinin doktorantura pilləsinə təzə qəbul olunanlar bir-birini hələ yaxından tanımırdılar. Odur ki, “İtalyansan, yoxsa ispan?” deyə xəbər alaraq qızın kim, haralı olduğunu öyrənmək istədilər. 

Həmin an qızın qulaqlarına əzəmətli bir səsin əks-sədası gəldi və o, sanki bu əks-sədaya qoşularaq qürurla “Mən azərbaycanlıyam!” dedi. Lakin dərhal da kövrəldi və bunu gizlətməyə çalışdı. İsveçə gəldiyi cəmi yarım ay idi. Bakıdan buraya atası ilə gəlmişdi. Dünən isə atası təyyarə ilə geriyə qayıtmış və qız hava limanında da beləcə kövrəlmişdi... Bu gündən isə onun həyatının yeni bir mərhələsi başlanır, qarşısında elmin geniş üfüqləri açılırdı.
Azərbaycan dövlətinin düzgün iqtisadi siyasət həyata keçirərək neft gəlirlərini insan kapitalına çevirməsinin bir nümunəsi də özünü gənclərə münasibətdə göstərir. Dövlətin dəstəyi ilə yüzlərlə gənc Azərbaycandan kənarda, dünyanın bir sıra tanınmış universitetlərində ali təhsil alır, yaxud magistr və doktorant kimi təhsillərini davam etdirirlər. Gənclərə bu dəstəyin daha bir misalı bu il sentyabrın 15-də Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı”dır. Proqramda qarşıya qoyulan məqsəd və vəzifələr sırasında gənc alim və tədqiqatçıların fəaliyyətinin dəstəklənməsi və gənclərin elmə həvəsləndirilməsi xüsusi yer tutur. Dövlətin gənclərə belə yaxından kömək etməsindən və böyük dəstək göstərməsindən bəhrələnənlərdən biri gənc elmi işçi Nigar Mehman qızı Əhmədovadır.
Nigar Bakıda ziyalı ailəsində dünyaya göz açıb. Altı yaşına çatanda paytaxtın 66 nömrəli orta məktəbində təhsil almağa başlayıb. Lakin yaşıdlarının əksəriyyətindən fərqli olaraq ona orta təhsilini eyni məktəbdə başa çatdırmaq qismət olmayıb. Bir il sonra balaca qızcığaz həyatında ilk imtahanını verərək Ekologiya liseyinə qəbul edilib. Liseyin beşinci sinfində oxuyarkən isə ailələri Moskva şəhərində yaşamalı olub. Nigar Moskva məktəbində təhsil alarkən müəllimləri onu digər şagirdlərə nümunə göstərib, valideynlərinə həmişə razılıqlarını bildiriblər.
Daha bir neçə il sonra ailə yenidən Azərbaycana qayıdıb və Nigar orta təhsilini Xırdalan şəhərindəki 1 nömrəli məktəbdə başa çatdırıb. Müvəffəqiyyətlə qəbul imtahanlarını verərək Bakı Dövlət Universitetinin Biologiya fakültəsinə daxil olub.
Nigarın hər iki valideyni ixtisasca mühəndisdir. Qardaşları Vüsal və Orxan humanitar sahəni seçiblər. Bioloq olmağı isə Nigarın öz seçimidir. Anası İradə xanım deyir:
- Nigarın yaxşı oxumağına, mükəmməl biliklərə yiyələnməsinə adi bir hal kimi baxırdıq. Düşünürdük ki, əslində bu, hər bir uşağa, hər bir gəncə müyəssər olmalıdır. Bir gün isə vaxtilə Rusiyada yaşayarkən qonşu olduğumuz qadınla rastlaşdım. Onlar hələ də orada yaşayırdılar və Azərbaycana istirahətə gəlmişdilər. Qadın söylədi ki, indi onun uşaqları vaxtilə Nigarın oxuduğu orta məktəbdə təhsil alırlar. Nigarın müəllimləri hələ də onu unutmayıblar və tez-tez şagirdlərinə nümunə göstərirlər. Bu söhbət biz Moskvadan köçəndən az qala 10 il sonra olmuşdu. Bax onda mən nə isə fikrə getdim. Təvazökarlıqdan kənar olmasın, ilk dəfə fikirləşdim ki, axı deyəsən, Nigar bilik, savad cəhətdən digər yaşıdlarından çox fərqlənir.
2009-cu ildə Nigar Əhmədova BDU-da bakalavr pilləsi üzrə təhsilini başa çatdırır. Bundan sonra universitetdə biofizika ixtisası üzrə magistr təhsili alır. 2011-ci ildə magistratura səviyyəsini də bitirir. AMEA-nın Botanika İnstitutunun Biofizika laboratoriyasında kiçik elmi işçi vəzifəsində çalışmağa başlayır. 2012-ci ildə isə biofizika ixtisası üzrə BDU-nun Biofizika və molekulyar biologiya kafedrasının doktorantura pilləsinə qəbul edilir. Həmin il gənc elmi işçi İsveçin Uppsala Universitetinin Angstrom laboratoriyasının Kimya departamentinin doktorantı olur.
Azərbaycan dövlətinin gənclər siyasətinin bir nümunəsi də Prezident İlham Əliyevin təsdiq etdiyi “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı”dır. Nigar Əhmədova 2012-ci ildə məhz bu proqram üzrə xaricdə oxumaq istəyənlər arasında qalib çıxmış və 5 ilə yaxın İsveçdə təhsil almışdır.
Nigar ona göstərilən etimadı layiqincə doğruldur. O, bu ilin iyun ayında böyük müvəffəqiyyətlə dissertasiya müdafiə edərək biokimya üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür. Gənc azərbaycanlı alimin dissertasiya müdafiəsinə könüllü olaraq İsveçdə və bu ölkədən kənarda yaşayan çoxlu həmkarları gəlmiş, ona gül dəstələri, hədiyyələr gətirmiş və uğurlarına sevindiklərini bildirmişlər.
Nigar Əhmədovanın tədqiqatları süni fotosintez sahəsinə həsr olunub. Məqsəd elə bir qurğu yaratmaqdır ki, suyu parçalasın və nəticədə hidrogen qazı alınsın. Bu qazdan maşınlarda, müəssisələrdə istifadə oluna bilər. Hazırda dünyanın müxtəlif yerlərində həmin sahədə geniş elmi tədqiqatlar aparılır.
Süni fotosintezin alınmasının müsbət cəhəti odur ki, bu prosesdə heç bir zərərli maddə əmələ gəlmir. Gözlənilən qurğu yaradılarsa, onun vasitəsilə hətta ev şəraitində enerji almaq mümkün olar. Aydınlıq üçün qeyd edək ki, təbiətdə, bütün yaşıl aləmdə bitkilər və yosunlar bu prosesi yarada bilirlər. Onlar suyu parçalayaraq özləri enerji alırlar.
Tədqiqatların əhəmiyyəti isə ondadır ki, alınacaq nəticələr neftdən asılılığı azaldacaq. Beləliklə, onlar qeyri-neft sektorunun inkişafının, neftdən asılılığın minimuma endirilməsinin prioritet olduğu ölkəmizdə insanlara məişətdə və istehsalatda daha çox xeyir verə bilər.
Nigar Əhmədova İsveçdə təhsil aldığı illərdə dəfələrlə beynəlxalq konfranslarda iştirak edib. Almaniyada, İtaliyada, ABŞ-da yay və qış məktəblərində ixtisası üzrə dərslər alıb. Keçən il İsveçin Aforsk və Liljevalch elmi fondlarının qrant qalibi olub. Həmin il eləcə də ABŞ-ın Harvard Universitetinin Fizika departamentində 3 aylıq elmi işçi vəzifəsində çalışıb. 8 elmi məqalənin müəllifidir. Məqalələrin 4-ü xarici nəşrlərdə dərc olunub.
Hazırda Nigar Əhmədova BDU-nun Biologiya fakültəsinin Biofizika və molekulyar biologiya kafedrasının Biotexnologiya elmi-tədqiqat laboratoriyasının elmi işçisidir.
O, Uppsala Universitetinin doktorantı olanda bakalavr və magistr pilləsində təhsil alanlara dərs də deyib. Rus, ingilis və isveç dillərini mükəmməl bilir. Odur ki, bir neçə xarici universitetdə çalışmaq təklifləri də alıb. Lakin Nigarın istəyi Azərbaycanda, vətənində yaşamaq və fəaliyyət göstərməkdir.
- Bilgilərimi öz tələbələrimizlə paylaşmaq istəyirəm, - deyir. - Gənclərimizi xaricdə təhsil almağa hazırlamaq üçün də imkanlarım var. Eləcə də müxtəlif ölkələrdə gənc həmkarlarım var ki, onlar da azərbaycanlı tələbələrə elm yollarında dəstək olmağa, kömək etməyə hazırdırlar. Gənclərimizin xaricdə oxuması bir tərəfdən elmin inkişafına xidmət edirsə, digər tərəfdən onların vasitəsilə Azərbaycan həqiqətlərinin dünyaya daha geniş yayılması deməkdir. Çünki azərbaycanlı gənclər lazım gələndə hər yerdə öz sözlərini deyə bilirlər.
Nigar özü də dəfələrlə müxtəlif xalqların nümayəndələrinin qatıldığı tədbirlərdə mənfur qonşularımız olan ermənilərlə mübahisə etmiş və əsl həqiqəti orada toplaşmış insanlara çatdıra bilmişdir.
Nigar Əhmədova qazandığı nailiyyətlərə görə ata-anasına və dövlətimizə borclu olduğunu vurğulayır. Tədqiqatlarının uğurlu olmasında, bir mütəxəssis kimi yetişməsində isə müəllimlərinin, xüsusilə BDU-nun professoru Ralfred Həsənovun böyük zəhməti olduğunu qeyd edir. Söyləyir ki, valideynləri də onu elmi işlərində həmişə dəstəkləyirlər. O, təcrübə aparanda anası tamaşaçıya çevrilir, özü bioloq olmasa da, müəllim roluna girərək saatlarla qızının işlərinə göz qoyur, izahatlarını dinləyir. Valideynləri hətta Uppsala Universitetindəki laboratoriyada da olublar.
Söhbətimizin sonunda Nigar Əhmədova ona yaradılan şərait və imkanlara görə bir daha Azərbaycan dövlətinə minnətdarlığını bildirir:
- Möhtərəm Prezident İlham Əliyev hər sahədə gənclərin dayağıdır. Prezident gənclərə müraciətlə demişdir: “Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram”. Biz bu etimada layiq olmalı, bu inamı doğrultmalıyıq.

Flora SADIQLI,
“Azərbaycan”


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM