16 Dekabr 2017 01:12
404
Elm və texnika
A- A+

Bəşəriyyətin gələcəyi elmdədir

 

Dekabrın 15-də Azərbaycan Dövlət İqtisad Universitetində növbəti TEDxUNEC konfransı keçirilib.

“Çərçivədən kənar” mövzusuna həsr olunan konfransın ilk məruzəçisi professor Hamlet İsaxanlı olub. “Təhsilin gələcəyi - gələcəyin təhsili” mövzusunda çıxış edən professor “Bəşəriyyətin gələcəyi elmdədir” deyə bildirib. Kitabla rəqabət aparan informasiya daşıyıcılarının çoxluğuna diqqət çəkən H.İsaxanlı əsas bilik ötürücülərini informasiya kommunukasiya alətləri, ailə və universitet kimi təsnifatlandırıb. O, bu vasitələrin hər üçündən maksimum yararlanmağı tövsiyə edib: “Gələcəyimiz bu gün gördüyümüz işlərin davamıdır. Yaxşı təhsil daha yaxşı gələcək deməkdir!”

TEDxUNEC konfransının ikinci məruzəçisi xalq yazıçısı Çingiz Abdullayev “Kitablar və açıq düşüncə” mövzusu ilə çıxış edib. Xalq yazıçısı auditoriya qarşısında “XXI əsrdə necə inkişaf etməli” sualını qoyub. 20-25 ildən sonra bugünkü peşələrin 30 faizinə ehtyac olmayacağını diqqətə çatdıran Ç.Abdullayev bütün dövrlərin tələblərinə cavab verməyin yeganə yolunu kitabda, elmdə, bilikdə gördüyünü bildirib. Xalqın hərtərəfli inkişafını mütaliədə görən natiq qızların təhsildən yayındırılmasına da diqqət çəkib: “Cəmiyyətin əsasını qadınlar təşkil edir. Qızları təhsildən yayındırmaq birbaşa millətə və gələcəyə zərbədir!”

Əməkdar həkim, tibb elmləri doktoru Kamran Musayevin “Kardiocərrahın ürəyindən keçənlər” mövzusunda çıxışı da auditoriyanın xüsusi marağına səbəb olub. Öz uğur hekayəsindən söz açan tanınmış kardiocərrah arzularının arxasınca ucqar dağ kəndindən yola çıxan gəncin yaşadığı çətinliklərə baxmayaraq, əzm və iradə ilə çalışdığını nümunə çəkib. O, gənclərə uğur əldə etmək üçün anadan olduqları yerin və aldıqları təhsilin vacib amil olmadığını vurğulayıb: “Önəmli olan xəyallarınıza inanın və onları reallığa çevirmək üçün arxasınca gedin. Məqsədə çatmaq üçün əzmkarlıqla çalışın. Dayanmayın, daim inkişaf edin. Bu keyfiyyətləriniz olduğu müddətdə uğur qaçılmazdır!”

Qeyd edək ki, görkəmli alim, ictimai xadim, biznes nümayəndələri və digər peşə sahiblərini 33 ildir ki, bir platformada toplayan TED (Technology, Entertainment, Design) intellektual konfransının məqsədi unikal ideyaları paylaşmaqdır. İndiyədək yüzlərlə şəhər və universitetlərdə müstəqil TEDx tədbirləri keçirilib və bu təşəbbüslər durmadan artır. Azərbaycan Dövlət İqtisad Universiteti bu cür  konfransların təşkili üçün TED təşkilatından rəsmi lisenziya alıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video