Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

06:59 21 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bilik Fondu maarifləndirici tədbir keçirib
Bilik Fondu maarifləndirici tədbir keçirib
ANA SƏHİFƏ / Elm və texnika
01:12 16.12.2017

 

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 15 saylı Cəzaçəkmə müəssisəsində “Cinayət qanunvericiliyinə edilmiş əlavə və dəyişikliklər ölkə Prezidenti İlham Əliyevin humanist cəza siyasəti kontekstində” mövzusunda tədbir təşkil edilib.

Tədbiri giriş sözü ilə açan cəzaçəkmə müəssisəsinin rəisi Tahir Yusifov görüşün əhəmiyyətindən danışıb, penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi istiqamətində ölkə Prezidenti tərəfindən imzalanmış hüquqi aktların penitensiar xidmət tarixində insan hüquq və azadlıqlarının təminatı baxımından ən humanist hüquqi akt olduğunu qeyd edib.

Tədbirdə çıxış edən Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev ölkə Prezidenti cənab İlham Əliyevin 10 fevral 2017-ci il tarixli “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” sərəncamı və bu əsasda cinayət, mülki və inzibati prosessual qanunvericiliyə, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna insan hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində edilmiş əlavə və dəyişikliklərin əhəmiyyətindən danışıb. O, qeyd edilən sahədə maarifləndirmə işinin Bilik Fondunun fəaliyyətinin əsas leytmotivini təşkil etdiyini bildirib, Azərbaycanda insan hüquq və azadlıqlarının təminatı istiqamətində yaradılmış qanunvericilik bazasının hətta bir çox sivil Avropa ölkələrinə də nümunə olduğunu xüsusi vurğulayıb.

Azərbaycan Respublikası Hərbi Prokuroluğunun şöbə müdiri Səməd Əliyev çıxışında Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 20 oktyabr 2017-ci il tarixli qanunda Cinayət Məcəlləsinə 300-dək dəyişiklik edildiyini, bunların bir qisminin dekriminallaşdırma ilə bağlı olduğunu bildirib və dekriminallaşdırılmış hər bir əməl haqqında məlumat verib. Bildirilib ki, cəza siyasətinin humanistləşdirilməsi faktiki olaraq ölkə Prezidenti İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə dəfələrlə gündəmə gətirilmiş amnistiya və əfv institutlarının tətbiqinin məntiqi davamıdır.

AMEA Hüquq və İnsan Haqları İnstitutunun Cinayət hüququ və cinayət prosesi şöbəsinin aparıcı elmi işçisi, hüquq üzrə elmlər doktoru Nazim Əliyev çıxışında Cinayət Məcəlləsinin 160-dək maddəsinin sanksiyasına alternativ cəzaların, o cümlədən azadlığın məhdudlaşdırılması kimi yeni cəza növünün daxil edilməsi, 40-dək cinayətə görə azadlıqdan məhrumetmə cəzasının yüngülləşdirilməsi,  mülkiyyət əleyhinə və iqtisadi fəaliyyət sferasında törədilən bəzi cinayətlərə görə məsuliyyətdən azad edilmənin şərtləri, ömürlük azadlıqdan məhrumetmə cəzasının müddətli azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilməsi, habelə cəzadan azadetmə institutunun tətbiqi imkanlarının genişləndirilməsi istiqamətində qanunvericiliyə gətirilmiş yeniliklər barəsində məlumat verib.

Tədbirdə dinləyiciləri maraqlandıran müxtəlif suallar ətraflı cavablandırılıb.

 

“Azərbaycan”

 


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM