15 Dekabr 2017 08:12
467
Elm və texnika
A- A+

Jeron Glenn: Beynəlxalq texnoparklarda azərbaycanlı gənclərin ideyalarına böyük ehtiyac var

Dekabrın 15-də Azərbaycan Texniki Universitetində (AzTU) “Rəqəmsal Azərbaycan-2025” mövzusunda konfrans keçirilib.

AzTU-dan AZƏRTAC-a verilən məlumata görə, əvvəlcə iştirakçılar ulu öndər Heydər Əliyevin universitetdəki büstü önünə gül dəstələri düzüb, xatirəsinə ehtiramlarını bildiriblər.

Universitetin elm və texnika üzrə prorektoru, professor İlham Pirməmmədov bildirib ki, konfransın əsas məqsədi Azərbaycanın 2025-ci ilədək İKT sektorunun inkişaf perspektivlərini müəyyən etməkdir. Prorektor ölkəmizdə İKT sahəsinin inkişafının dövlət üçün daim strateji hədəflərdən olduğunu vurğulayıb.

Azərbaycan Futuroloqlar Cəmiyyətinin sədri, fəlsəfə elmləri doktoru Reyhan Hüseynova çıxışında İKT sahəsinin inkişaf etdirilməsi üçün son illər görülən işlərdən danışıb. Bildirilib ki, dövlətimizin başçısının 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi yaxın gələcəkdə sıçrayış əldə etməyə imkan verəcək.

Minilliyin Layihəsinin Baş direktoru Jeron Glenn online şəkildə konfransa qoşularaq iştirakçılara uğurlar arzulayıb və İKT sahəsində müəyyən olunmuş gələcək trendlər haqqında danışıb. Jeron Glenn qeyd edib ki, Azərbaycanda İKT ilə bağlı görülən işlər ABŞ alimləri tərəfindən diqqətlə izlənilir və beynəlxalq texnoparklarda azərbaycanlı gənclərin ideyalarına böyük ehtiyac var.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun icraçı direktoru Elçin Zeynalov “2025-ci ilədək Azərbaycanda yüksək texnologiyaların əsas tendensiyalarının dinamikası” mövzusunda məruzə ilə çıxış edib.

Daha sonra Azərbaycan Futuroloqlar Cəmiyyətinin ekspertlər şurasının üzvü, “GoldenPay” şirkətinin idarə heyətinin sədri Fərid İsmayılzadənin “Azərbaycanda texnoloji startap mədəniyyəti”, AzTU-nun kafedra müdirləri - dosent Mehman Həsənovun “Elektron Azərbaycanda multimedia xidmətli optik şəbəkələrinin inkişaf istiqamətləri” və dosent Zəfər Cəfərovun “Fərdlərin elektron mədəniyyəti” mövzularında məruzələri dinlənilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video