Alternative content

19:57 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Akif Əlizadə: Gənc alimlərin sosial problemlərinin həlli elmin inkişafına müsbət təsir göstərir
Akif Əlizadə: Gənc alimlərin sosial problemlərinin həlli elmin inkişafına müsbət təsir göstərir
ANA SƏHİFƏ / Elm və texnika
03:12 15.12.2017

Bu gün qarşıda duran əsas məsələlərdən biri də gənc alimlərin sosial müdafiəsi ilə bağlıdır. Elmi əməyin stimullaşdırılması vacibdir. Həyatını yeni quran gənclər üçün bu, xüsusilə əhəmiyyətlidir. Son illər alimlərin əməkhaqqının artırılması istiqamətində ardıcıl addımlar atılır. Gənc alimlərin mənzillə təminatı da vacibdir. İlkin olaraq xeyli gənc alimə mənzillərinin açarları təqdim olunub. Saray qəsəbəsində Alimlər şəhərciyi salınması barədə razılıq əldə edilib. Yaxın vaxtlarda orada təməl qoyulacaq. İnanırıq ki, 2020-ci illərdə növbəti mənzillərin açarları gənc alimlərə təqdim ediləcək. Gənc alimlərin stimullaşdırılması və sosial problemlərinin həlli elmin inkişafına müsbət təsir göstərir.

AZƏRTAC xəbər verir ki, bunu AMEA-nın prezidenti, akademik Akif Əlizadə Azərbaycan Gənc Alimlərinin I Qurultayındakı çıxışında deyib.

Gənc alimlərin stimullaşdırılmasının vacib olduğunu vurğulayan akademik Akif Əlizadə deyib: “Elmin cəmiyyətin inkişafında rolunu artırmaq üçün elm yalnız dövlət büdcəsindən deyil, digər mənbələrdən də maliyyələşməlidir. Düzdür, Azərbaycanda qrant yolu ilə maliyyələşmə bir neçə ildir tətbiq olunur. Lakin müasir tələblərə uyğun olaraq bu sistem təkmilləşdirilməli və gənc alimlərin fəaliyyətinin stimullaşdırılmasına yönəldilməlidir”.