Alternative content

22:05 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV AMEA-nın prezidenti: Akademiya elm və təhsilin inteqrasiyasını ən vacib istiqamət kimi qəbul edir
AMEA-nın prezidenti: Akademiya elm və təhsilin inteqrasiyasını ən vacib istiqamət kimi qəbul edir
ANA SƏHİFƏ / Elm və texnika
03:12 15.12.2017

AMEA elm və təhsilin inteqrasiyasını ən vacib istiqamət kimi qəbul edərək bu sahədə aktiv fəaliyyət göstərir.

AZƏRTAC xəbər verir ki, bu fikri AMEA-nın prezidenti, akademik Akif Əlizadə Azərbaycan Gənc Alimlərinin I Qurultayında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, AMEA elmi tədqiqat müəssisələrində ali təhsil ocaqları üçün təcrübə mərkəzlərinin təşkili, tələbələrin təcrübə keçmələrinə şəraitin yaradılması, birgə elmi tədqiqatların aparılması və elmi nəticələrin tədris prosesinə tətbiqi kimi məsələlər diqqətdə saxlanılır. AMEA ilə Təhsil Nazirliyi arasında əldə olunan razılığa əsasən ali təhsil müəssisələrində yaradılmış “SABAH” qruplarında təhsil alan 210 tələbə akademiyanın elmi müəssisələrində təcrübə keçib. AMEA-nın dəstəyi ilə elm və təhsilin inteqrasiyası istiqamətində ölkənin bir sıra lisey və məktəblərində “Kiçik akademiyalar” yaradılıb. Onların yaradılmasında əsas məqsəd istedadlı, yaradıcı təfəkkürə, araşdırma aparmaq qabiliyyətinə malik şagirdləri üzə çıxarmaq, həmin şagirdləri bir məqsəd ətrafına birləşdirməkdir.