Alternative content

19:34 20 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azad Rəhimov: Gənclərin elmə maraqlarının artırılması istiqamətində bir sıra layihələr həyata keçirilir
Azad Rəhimov: Gənclərin elmə maraqlarının artırılması istiqamətində bir sıra layihələr həyata keçirilir
ANA SƏHİFƏ / Elm və texnika
03:12 15.12.2017

Gənclər və İdman Nazirliyi yeniyetmə və gənclərin elmə maraqlarının artırılması istiqamətində bir sıra layihələr reallaşdırır. Belə ki, “İstedadların hazırlığı laboratoriyası” layihəsi artıq 5 ildir həyata keçirilir. Layihə riyazi düşüncəyə malik məktəblilərin üzə çıxarılmasında mühüm rol oynayır. Beş il ərzində 8 min yeniyetmə fizika, riyaziyyat və kimya üzrə olimpiadada iştirak edib. Qaliblər artıq beynəlxalq fənn olimpiadalarında da uğurla iştirak edirlər.

AZƏRTAC xəbər verir ki, bu fikirləri gənclər və idman naziri Azad Rəhimov Azərbaycan Gənc Alimlərinin I Qurultayında deyib.

Azad Rəhimov rəhbərlik etdiyi qurum tərəfindən ilk dəfə keçirilən milli “İdeya var!” müsabiqəsi haqda da məlumat verib, bu cür layihələrin kadrların yetişdirilməsində böyük əhəmiyyətə malik olduğunu vurğulayıb.

Nazir gənc tədqiqatçı və alimlərin müəllifi olduqları əsərlərin çap edilməsinin, eləcə də beynəlxalq miqyaslı tədbirlərə qatılmaq üçün gənc alimlərə maliyyə dəstəyinin göstərilməsinin Gənclər və İdman Nazirliyi tərəfindən daim diqqətdə saxlanılan məsələlərdən biri olduğunu bildirib.