Alternative content

03:45 26 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Amerikalı alim Azərbaycanda mühüm elmi araşdırmalar aparıb
Amerikalı alim Azərbaycanda mühüm elmi araşdırmalar aparıb
ANA SƏHİFƏ / Elm və texnika
03:12 15.12.2017

ABŞ-ın Nyu-York Universitetinin Qədim Dünyanın Tədqiqatı İnstitutunun əməkdaşı doktor Selin Nugent Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları ilə birgə elmi araşdırmalar aparıb.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, amerikalı alimin cəlb olunduğu beynəlxalq elmi-tədqiqat layihəsinin əsas mövzusunu tunc dövründə Cənubi Qafqazda, əsasən də Azərbaycan ərazisində qədim yerli əhalinin qida rasionu və ərzaq çeşidləri üzrə araşdırılması təşkil edir.

Arxeologiya və Etnoqrafiya İnstitutunun rəhbərliyi və əməkdaşları doktor Selin Nugentə lazımi dəstəyi göstərib, amerikalı tədqiqatçının institutun arxeoloji fondunda çalışmasına şərait yaradıblar.

Qeyd edək ki, texnoloji cəhətdən inkişaf etmiş qabaqcıl ölkələrdə qədim abidələrin arxeoloji tədqiqi zamanı üzvi qalıq tapıntılarının izotop tərkibinin analizi nəticəsində qədim əhalinin istifadə etdiyi ərzağın çeşidi barədə mühüm məlumatlar əldə edilir.

Türkiyədə neolit və xalkolit dövrü Çatal Höyük abidəsində apardığı tədqiqatlardan sonra amerikalı alım Naxçıvan Muxtar Respublikasında (Şərur düzünün tunc dövrü abidələri) və Lerikdə (Piboztəpə antik nekropolu) üzvi tapıntıların izotop analizlərinin aparılması, Azərbaycanın qədim əhalisi barədə arxeometrik məlumatların beynəlxalq elmi dövriyyədə tanıdılması istiqamətində fəaliyyət göstərib. Türk və Azərbaycan dilini müfəssəl bilən doktor S.Nugent bu il Ohayo Universitetində “Orta tunc dövründə Şərur düzündə maldarların hərəkət dinamikası və məskən komplekslərinin formalaşması” mövzusunda dissertasiya müdafiə edib.