Alternative content

19:36 20 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Akif Əlizadə: AMEA-nın magistrantları elmi karyeralarını akademiyada davam etdirirlər
Akif Əlizadə: AMEA-nın magistrantları elmi karyeralarını akademiyada davam etdirirlər
ANA SƏHİFƏ / Elm və texnika
03:12 15.12.2017

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistrantları elmi karyeralarını akademiyada davam etdirirlər. AMEA-da bütün magistrantlar işlə təmin olunur, eyni zamanda, qrant layihələrinə cəlb edilirlər.

AZƏRTAC xəbər verir ki, bunu AMEA-nın prezidenti, akademik Akif Əlizadə Azərbaycan Gənc Alimlərinin I Qurultayındakı çıxışında deyib.

Akif Əlizadə bildirib ki, akademiyada çalışan magistrantlar müasir cihazlarla təchiz olunmuş laboratoriyalarda, eləcə də xaricdə beynəlxalq təcrübələr keçirlər. “Hazırda AMEA-da magistratura təhsilinin müasir səviyyədə təşkili və magistrantların peşəkar mütəxəssis kimi yetişmələri üçün daha yaxşı şərait yaratmağa çalışırıq. Bu məqsədlə elmi müəssisələrdə müasir tələblərə cavab verən tədris mühiti yaradılıb. Akademiyada təhsil alan 123 magistrant üçün AMEA-nın 30-dək həqiqi və müxbir üzvü, 100-dək elmlər doktoru və 150-dək fəlsəfə doktoru tədris prosesinə cəlb olunub. Cari ilin iyulunda akademiyanın ilk magistrlərinin buraxılışını böyük təntənə ilə qeyd etdik. Sevindirici haldır ki, onların hamısı öz elmi karyeralarını akademiyada davam etdirirlər”, - deyə akademik bildirib.