Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

16:36 20 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Xudu Məmmədov xalqımızın yetişdirdiyi böyük şəxsiyyətlərdən biridir
Xudu Məmmədov xalqımızın yetişdirdiyi böyük şəxsiyyətlərdən biridir
ANA SƏHİFƏ / Elm və texnika
11:12 14.12.2017

Görkəmli kristalloqraf alimin anadan olmasından 90 il ötür

 

Dekabrın 14-də doğum günü qeyd edilən görkəmli kristalloqraf alim, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü Xudu Məmmədov yaxın tariximizdə xalqımızın yetişdirdiyi böyük şəxsiyyətlərdən biridir. Bu gün X.Məmmədovun anadan olmasından 90 il ötür. Kristalloqrafiya, kristallokimya, quruluş mineralogiyası, simmetriya nəzəriyyəsi, quruluş təhlili sahələrində dünyada tanınmaqla bərabər, fəlsəfə, mədəniyyətşünaslıq sahələrində tədqiqatları alimə dünya şöhrəti gətirib.

X.Məmmədov ilk dəfə “Bakı kristalloqrafiya məktəbi” yaradıb, onun rəhbərliyi ilə 40-dan çox yüksək səviyyəli alim hazırlanıb, onlardan 30-u namizədlik, 10-u isə doktorluq dissertasiyası müdafiə edib. Görkəmli alimin yetirmələrindən biri də Bakı Dövlət Universitetinin kristalloqrafiya, mineralogiya və geokimya kafedrasının müdiri, professor Məmməd Çıraqovdur.

AZƏRTAC-a müsahibəsində görkəmli alimin həyat və fəaliyyətindən danışan M. Çıraqov bildirib ki, Xudu Məmmədov 1927-ci il dekabrın 14-də Azərbaycanın gözəl guşələrindən biri sayılan Ağdam rayonunun Mərzili kəndində anadan olub. O, Mərzili kəndində yeddiillik məktəbi bitirib, rayonun bir nömrəli orta məktəbində təhsilini davam etdirib. 1946-cı ildə orta məktəbi bitirən X.Məmmədov Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) geologiya-coğrafiya fakültəsinin geologiya şöbəsinə daxil olub. Elə ilk dövrdən də parlaq zəkası, fitri istedadı və zəhmətsevərliyi ilə müəllimlərinin diqqətini cəlb edib. Gənc Xudunun sevimli müəllimi Heydər Əfəndiyev olub. Tanınmış geokimyaçı alim, gözəl pedaqoq H.Əfəndiyevlə yaxın ünsiyyət onun gələcək elmi yaradıcılığının formalaşmasında böyük rol oynayıb. Odur ki, X.Məmmədov özünün tərcümeyi-halında, elmi görüşlərində, müşahidələrində müəllim və müəllimlik sənəti haqqında iftixarla danışıb: “Müəllim yalnız dərs deyən, sadəcə olaraq bir-iki saat sinif otaqlarında şagird və tələbələrlə təmasda olan şəxsiyyət, adi tərbiyəçi deyil. O, zaman və gənclik arasında körpü yaradan, öz şəxsiyyəti ilə nümunə olan, sabahın qurucularını hazırlayan, millətin gələcəyi üçün böyük məsuliyyət daşıyan canlı bir varlıqdır. O, adi gəncdən tutmuş bütün dünyanın müəllimidir”. 1951-ci ildə ali məktəbi fərqlənmə diplomu ilə bitirən X.Məmmədov Azərbaycan Elmlər Akademiyasının Kimya İnstitutuna təyinat alıb. X.Məmmədov sonra SSRİ Elmlər Akademiyasının Kristalloqrafiya İnstitutunun aspiranturasına daxil olub.

X.Məmmədovun elmi nailiyyətlərindən bəhs edən M.Cıraqov bildirib ki, 1955-ci ildə X.Məmmədov SSRİ Elmlər Akademiyasının Kristalloqrafiya İnstitutunun Elmi Şurasında “Kristalloqrafiya və kristallofizika” ixtisası üzrə “Ksonotlit və vollastonit minerallarının kristal quruluşu” mövzusunda müvəffəqiyyətlə namizədlik dissertasiyasını müdafiə edib və geologiya-mineralogiya elmləri namizədi alimlik dərəcəsini alıb. Elmi Şuranın sədri, Kristalloqrafiya İnstitutunun yaradıcısı və direktoru olmuş akademik Aleksey Şubnikov gənc X.Məmmədov tərəfindən sement silikatlarından ksonolit və vollastonit minerallarının quruluşlarının açılmasını SSRİ Elmlər Akademiyasının ən böyük nailiyyətlərindən biri kimi qiymətləndirib. X.Məmmədov bir neçə dəfə görkəmli alim Con Bernalın qonağı olub, 1966-cı ildə isə təqribən bir il onun laboratoriyasında çalışıb. Onun Con Bernalın laboratoriyasında apardığı araşdırmalar London laboratoriyası əməkdaşlarının məqalələrində yer alıb və alimi kristalloqrafların görkəmli liderlərindən biri kimi tanıdıb. SSRİ Elmlər Akademiyasının Kristalloqrafiya İnstitutunun aspiranturasını bitirib 1955-ci ilin oktyabrında elmlər namizədi kimi Bakıya qayıdan X.Məmmədov Azərbaycan Elmlər Akademiyasının Kimya İnstitutuna baş elmi işçi kimi qəbul olunub. Elə həmin ildə yaradılan kristallokimya laboratoriyasına rəhbərlik X.Məmmədova tapşırılıb. X.Məmmədov 1969-cu ildə Azərbaycan EA-nın Geologiya İnstitutunda “Kalsium silikatlarının və hidrosilikatların kristallokimyası” mövzusunda doktorluq dissertasiyası müdafiə edib və geokimya-mineralogiya elmləri doktoru alimlik dərəcəsi alıb. 1970-ci illərdə “Bakı kristalloqrafiya məktəbinin” nailiyyətləri də ölkəmizdə yüksək qiymətləndirilib. Ulu öndər Heydər Əliyevin bilavasitə yardımı ilə keçmiş SSRİ-də ikinci olaraq “Sindex P2” cihazı Bakıya gətirilib. Bu cihaz müxtəlif istiqamətlərdə elmi tədqiqatlar aparmağa imkan yaradıb.

“X.Məmmədovda Vətən sevgisi, Azərbaycana məhəbbət o səviyyədə güclü idi ki, ona dünya miqyasında daha yüksək zirvələri fəth etməyə mane olurdu. 1978-ci ildə Varşavada kristalloqrafların beynəlxalq konqresində iştirak edərkən bir hadisənin şahidi oldum. X.Məmmədov kristalloqrafik naxışlar haqqında böyük müvəffəqiyyətlə çıxış etdi. Amerika və ingilis nümayəndələri məruzəni kitab halında çap etmək üçün təkidlə müqavilə bağlamaq istədilər. X.Məmmədov isə tam etiraz etdi. Mən müdaxilə etdikdə isə qətiyyətlə bildirdi ki, sən ki, bilirsən mənim ilk monoqrafiyalarımın oxucuları öz xalqım olmalıdır. Həmin əsər Azərbaycan dilində nəşr olunsa da, dünya səviyyəsində uğur qazanmadı. Sonralar bu əsərin ABŞ-ın “Simmetriya” məcmuəsində “Kristalloqrafik ornamentlər” adı ilə çıxması X.Məmmədova böyük şöhrət gətirib”, - deyə M.Çıraqov bildirib.

Alim qeyd edib ki, 1981-ci ildə X.Məmmədovun “Naxışların yaddaşı” kitabı çap olunur. O, qədim naxışların araşdırılması ilə türkçülüyün izlənilməsinin mümkünlüyündən danışırdı. Eramızdan çox-çox əvvəl türklərin məskunlaşdığı ərazilərdə tapılan sənət nümunələrində simmetriya elementlərindən istifadə olunmasını yüksək səviyyədə əsaslandırırdı. Qədim əşyaların üzərində ornamentlərin köçürülmə simmetriyasına tabe olması, XII əsr mağarta memarlıq abidələrinin birində üçtərtibli simmetriya oxuna malik fraqmentin sıx yerləşmə prinsipi ilə müstəvi səthi doldurması və həmin prinsiplə Bərdə türbəsinin (1322-ci il) silindr formalı səthinin dördtərtibli simmetriya elementini saxlamaqla “Allah” kəlməsi ilə doldurulması və s. qədim ornamentlərimizdə müəyyən kristallik maddələrin quruluşu ilə eynilik müşahidə edən X.Məmmədov əcdadlarımızın quruluş təsəvvürlərinə malik olmalarını fərəhlə söyləyirdi. “Naxışların yaddaşı” kitabında X.Məmmədov simmetriya qanunlarından və sıx yerləşmə prinsiplərindən istifadə edərək müxtəlif tip fraqmentlər əsasında fonsuz tablolar toplusu yaratmışdı. Bu yüksək elmi nailiyyətlərin nəticəsi idi ki, 1981-ci ildə Vaşinqtonun beynəlxalq “Perqamon Pres” nəşriyyatının çapdan buraxdığı irihəcmli “Simmetriya” məcmuəsinin “Kristalloqrafik naxışlar” bölməsi X.Məmmədov tərəfindən yazılmışdır.

X.Məmmədov 1970-ci illərin çox sevdiyi ölməz sənətkar Üzeyir Hacıbəylinin xatirəsinə həsr etdiyi “Qoşa qanad” əsərini yazır. M.Çıraqovun sözlərinə görə, bu əsər gənclərin formalaşmasında, onların elmə, sənətə münasibətin dərinləşməsində yüksək dəyərə malik elmi-nəzəri axtarışlarının nəticəsidir. X.Məmmədov deyirdi ki, sənətin vətəndaşlıq duyğusu tərbiyə edən, bu duyğunu itiləşdirən bir vasitə kimi böyük gücü vardır. O qeyd edirdi ki, insanları elmi rəşadətə yönəldən əsas amil Vətən istəyidir. Bu rəşadət nəticəsində yaranan elmi kəşflərin, sənət nailiyyətlərinin faydasını bütün insanlar görmüş, görür və görəcək. Buna görə də güclü elmin və sənətin məkanı bəşəriyyətdir.

Maraqlıdır ki, X.Məmmədov 1988-ci il oktyabrın 15-də sənətinə vurğun olduğu Şərqin böyük dahisi Üzeyir Hacıbəylının Ev Muzeyində dünyasını dəyişib.

X.Məmmədovun elmi-pedaqoji fəaliyyəti yüksək qiymətləndirilib. Unudulmaz alim 1967-ci ildə "Şərəf nişanı", 1986-cı ildə “Qırmızı Əmək Bayrağı” ordenləri, Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanı və bir sıra medallarla təltif olunub.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM