Alternative content

07:49 14 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Akademik Əşrəf Hüseynov Azərbaycan riyaziyyat məktəbinin yaradıcılarından biridir
Akademik Əşrəf Hüseynov Azərbaycan riyaziyyat məktəbinin yaradıcılarından biridir
ANA SƏHİFƏ / Elm və texnika
12:12 13.12.2017

Dekabrın 13-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə Əməkdar Elm Xadimi, akademik Əşrəf Hüseynovun anadan olmasının 110 illiyinə həsr edilən tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə alimin mənalı ömür yolundan, elmi yaradıcılığından, müasir Azərbaycan riyaziyyat məktəbinin yaradıcılarından biri kimi fəaliyyətindən danışıb. Akif Əlizadə ölkəmizin tarixində riyaziyyat üzrə üçüncü azərbaycanlı elmlər doktoru dərəcəsi almış akademik Əşrəf Hüseynovun riyaziyyatın “İnteqral tənliklər və onların tətbiqi” istiqamətində görkəmli mütəxəssis kimi tanındığını bildirib. Alimin əldə etdiyi fundamental nəticələrin inteqral tənliklər nəzəriyyəsində dönüş yaratdığını deyən AMEA rəhbəri bu istiqamətdəki tədqiqatlar sayəsində Azərbaycanda beynəlxalq miqyasda qəbul olunan qeyri-xətti sinqulyar inteqral tənliklər məktəbinin yarandığını diqqətə çatdırıb.

Təhsil nazirinin müavini Firudin Qurbanov ölkəmizdə riyaziyyat elminin inkişafında, bu sahə üzrə kadrların yetişdirilməsində Əşrəf Hüseynovun əvəzsiz xidmətlərindən danışıb. Onun Azərbaycanda ilk riyaziyyatçı alimlərdən olduğunu deyən F.Qurbanov diqqətə çatdırıb ki, Əşrəf Hüseynovun rəhbərliyi ilə 30-dan çox fəlsəfə və elmlər doktorluq dissertasiyası müdafiə olunub.

Sonra AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, akademik Nazim Məmmədovun “Akademik Əşrəf Hüseynovun elmi irsinin aktuallığı" mövzusunda məruzəsi dinlənilib.

Tədbir çıxışlarla davam etdirilib.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM