Alternative content

10:06 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Alimlər yuxusuzluğun yaratdığı əsas təhlükə haqqında danışıblar
Alimlər yuxusuzluğun yaratdığı əsas təhlükə haqqında danışıblar
ANA SƏHİFƏ / Səhiyyə
12:12 13.12.2017

ABŞ-ın Yel Universitetinin alimləri yuxusuzluğun yaratdığı əsas təhlükəni araşdırıblar.

AZƏRTAC “vistanews.ru” saytına istinadla xəbər verir ki, tədqiqatda əvvəllər içki aludəçiliyi olan 42 könüllü iştirak edib.

Onlar hər gün sutka ərzində istifadə etdikləri alkoqolun miqdarını qeyd ediblər. Bununla yanaşı iştirakçıların bədənlərinə xüsusi qurğu quraşdırılıb ki, bu da onların yuxularının davamlılığını və keyfiyyətini qeydə alıb. Alınan nəticələrin təhlilindən yuxusuzluğun alkoqol istifadəsi ilə sıx əlaqəsi müəyyən edilib. Bəlli olub ki, insan nə qədər az yatırsa, bir o qədər alkoqoldan çox istifadə edir. Bundan əlavə bu pasiyentlərin gündəlik rejimi pozulub. Alkoqoldan istifadə edənlərin hamısı digərlərinə nisbətən daha gec yatıblar.